278 min şüşə içkilər müsadirə edilib, 34 cinayət işi başlanıb
“Vergilər Nazirliyi tərəfindən alkoqollu içkilərin istehsalı və satışı ilə məşğul olan müəssisələrdə həyata keçirilən monitorinqlər, həmçinin aparılmış vergi nəzarəti tədbirləri zamanı bu sahədə ciddi qanun pozuntularının olması, o cümlədən cinayət tərkibli əməllərə yol verilməsi, alkoqollu içkilərin böyük həcmdə qanunsuz dövriyyəsinin və külli miqdarda vergidən yayınma hallarının mövcud olması ilə bağlı faktlar qeydə alınıb”.
“Marja” Nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, təkcə 2018-ci ilin aprel-sentyabr aylarında aparılmış nəzarət tədbirləri zamanı pərakəndə ticarət obyektlərindən 27.900 şüşə aksizsiz və ya saxta aksizli mallar aşkar edilərək müsadirə edilib, 619 min manatdan yuxarı alkoqollu içkilərin satışının nağd qaydada aparıldığı müəyyən edilib (qanunvericiliyə əsasən, aksiz markası ilə markalanmalı məhsulları, pərakəndə satış istisna olmaqla, nağd qaydada xeyli miqdarda satma, belə məhsulları satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma cinayət məsuliyyəti yaradır) qanun pozuntuları ilə bağlı 34 cinayət işi başlanıb.
Məlumat verildiyi kimi, göstərilən halların qarşısının alınması məqsədilə bu ilin avqust ayından alkoqollu içkilərin istehsalı ilə məşğul olan 30 vergi ödəyicisində aksiz - nəzarət postları fəaliyyətə başlayıb. Aksiz postlarının fəaliyyəti, qanunsuz məhsullarının daxili bazarda satışının qarşısının alınması, vergi ödəyicilərinin fəaliyyətində uçotun və nəzarətin bərpa edilməsi nəticəsində müəssisələrin istehsal və satış həcmləri ilə bağlı real mənzərə müəyyən olunmağa başlayıb. Xüsusilə arağın istehsalı və daxili bazarda satış həcmlərində 3 dəfə artım qeydə alınıb. Şərab satışı isə, əksinə 2018-ci ilin yanvar-iyul aylarının orta aylıq göstəricilərinə nisbətən müvafiq həcmdə aşağı düşüb.
Aksiz-nəzarət postlarının tətbiqi nəticəsində həm də dövlət büdcəsinə hesablanan vergilər artıb. Spirtli içkilərin öz təyinatına uyğun olaraq bəyan edilməsi nəticəsində cari ilin orta aylıq və iyul ayı göstəriciləri ilə müqayisədə istehsalçılar tərəfindən hesablanmış aksiz vergisi və ödənilmiş vergi məbləği 60%-dən çox artıb.
Yaranmış vəziyyətlə əlaqədar Vergilər Nazirliyi İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərini məlumatlandırıb. Sentyabrın 22-də Vergilər, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri, habelə Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə iri şərabçılıq şirkətlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə bu sahədə mövcud vəziyyət, uçot sisteminə nəzarətin gücləndirilməsi məsələləri müzakirə edilib, yerli istehsalçıların daxili bazarda mövqelərinin qorunması üçün qanunvericilikdə dəyişikliklərlə bağlı təklifləri dinlənilib. Müzakirələrin nəticəsi olaraq, hazırlanmış təkliflər hökumətə təqdim olunub.
Bununla yanaşı, Vergilər Nazirliyi spirtli içki istehsalçılarına və satıcılarına bir daha xəbərdarlıq edərək, onları aksiz markası olmadan, yaxud saxta aksiz markası ilə markalanmış məhsulların satışını dərhal və könüllü şəkildə aradan qaldırmağa, qeydiyyatda olduqları vergi orqanına vergidən yayınmaların həcmi barədə məlumat verməyə çağırır. Bu halda könüllü bəyanetmə qanun pozuntusu üçün nəzərdə tutulmuş məsuliyyətin müəyyənləşdirilməsi zamanı yüngülləşdirici hal kimi nəzərə alınacaq. Eyni zamanda, diqqətə çatdırılır ki, bütün topdan və pərakəndə satış əməliyyatları mütləq qaydada elektron vergi hesab-fakturaları vasitəsilə rəsmiləşdirilməlidir.
Vergilər Nazirliyi xatırladır ki, aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı, aksiz markalarının saxtalaşdırılması, istehlak bazarına qeyri-qanuni istehsal olunmuş məhsulların çıxarılması qanunvericiliklə qadağandır və vergi orqanları belə halların qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Sabahdan WUF13 zolaqlarına daxil olan avtomobillər cərimələnəcək
-
7 saat əvvəl
Mərkəzi Bank kredit təşkilatının lisenziyasını ləğv etdi - Bankın BOKT-a çevrilməsi baş tutumadı
-
8 saat əvvəl
Bütün lisenziyalı investisiya şirkətləri artıq AKBA-da təmsil olunur
-
8 saat əvvəl
Tikinti şirkəti daşınmaz əmlak agentliyilə müqavilə imzalayıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Çin Boeing-dən 200 təyyarə sifariş edəcək
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Mərkəzi Bank kredit təşkilatının lisenziyasını ləğv etdi - Bankın BOKT-a çevrilməsi baş tutumadı
Bütün lisenziyalı investisiya şirkətləri artıq AKBA-da təmsil olunur
Ən çox oxunanlar
Tikinti şirkəti daşınmaz əmlak agentliyilə müqavilə imzalayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Unibank”da yığıncaq keçiriləcək, 3 məsələ müzakirə ediləcək
Lizinq şirkəti bank olmayan kredit təşkilatı yaradır
Yeni Dövlət Agentliyi yaradıldı- FƏRMAN







.jpg)









.jpg)





