Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

"Nə üçün bu müştəriləri rəqiblər əldə etsinlər?! Özümüz gələn aydan..."

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Nə üçün bu müştəriləri rəqiblər əldə etsinlər?! Özümüz gələn aydan..."
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

BOKT “Embafinans” MMC yeni məhsullarını təqdim etməyə hazırlaşır.

 

Bunu "Marja"ya “Embafinans” MMC-nin İdarə Heyətinin sədri Samir İsgəndərov bildirib.

 

"“Embafinans” əsasən mebel və məişət avadanlıqlarının kreditlə alışının maliyyələşdirilməsinə fokuslanmışdır. Bu ildən məhsul çeşidimizi artırmağa da qərar vermişik. Hazırda mikro və kiçik biznes krediti məhsulu üzərində işləyirik. “Embafinans”da orta kredit məbləğinin təxminən 1000 manat olduğunu nəzərə alsaq, son 5 il ərzində ayırdığımız cəmi 175 milyon manat kredit təxminən 175 min müştəri deməkdir.  Bu müştərilərin təxminən 20%-i sahibkarlardır və əksəriyyəti müsbət kredit tarixçəsinə malikdir, borclarını vaxtı-vaxtında qaytarıblar. Biz bu müsbət tarixçəyə malik müştəriləri nə üçün itirməliyik?! Nə üçün bu müştəriləri rəqiblər əldə etsinlər?! Özümüz  gələn aydan bu sahibkarlara yeni məhsulumuzu təklif etməyə başlayacağıq".

 

O,"Yeni məhsullar və satışın artırılması tapşırığı filial şəbəkəsinin genişləndirilməsini tələb edəcək?" sualına aşağıdakı şəkildə cavab verib:

 

"Hazırda “Embafinans”ın 2-si Bakıda, 4-ü isə regionlarda olmaqla 6 filialı var. 2019-cu ildə 1-2 filial açmağı nəzərdə tuturuq. Biznes kreditləri təklif etməyimiz üçün çoxlu filiallar açmağa ehtiyac yoxdur. Baş ofisdəki kredit şöbəsinin əməkdaşlarının sayını qismən artırmaqla bunun öhdəsindən gələcəyik. Çünki biz portfelimizdə olan müştəriləri hədəfləyirik".

15.10.2018 12:59
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18