Azərbaycan şirkəti Türkiyədə traktor zavodu tikir
"Həyata keçirilən tədbirlər Gəncə Avtomobil Zavodunun şöhrətini daha da artırır. Hazırda zavodun Gürcüstanda və Türkiyədə nümayəndəlikləri fəaliyyət göstərir. Türkiyədə Gəncə Avtomobil Zavodunda istehsal edilən traktorlar razılıqla qarşılanır".
"Marja" xəbər verir ki, bunu Cəncə Avtomobil Zavodunun direktoru Kamran Nəzərov bildirib.
Onun sözlərinə görə, elə Türkiyədə təşkil edilmiş kənd təsərrüfatı texnikalarının sərgisində Gəncə Avtomobil Zavodunun istehsal etdiyi traktorlara böyük maraq göstərilmiş və onun Türkiyədə "Azəri-Türk” adı ilə istehsalı üçün razılığa gəlinmişdir. Hazırda Türkiyənin paytaxtı Ankara yaxınlığında traktorların yığımı üçün başlanan müəssisənin tikintisi sürətlə davam etdirilir.
Cəncə Avtomobil Zavodunun direktoru Kamran Nəzərov dedi ki, müəssisədə istehsal prosesləri tamamilə mənimsənilib. Sexlərdə ən müasir yığım aqreqatları quraşdırılıb. İşçilərin peşə hazırlığı lazımi səviyyədə olduğundan hər hansı texnikanın yığımında çətinlik olmur.
Son illər ölkəmizdə aqrar sektorun sürətli inkişafı bu sahədə lazım olan texnikalara da tələbatı artırıb. Xüsusilə iqtisadi cəhətdən gəlirli olan pambıqçılığın inkişaf etdirilməsi üçün dövlət vəsaiti hesabına güclü maddi-texniki baza yaradılır. Ən vacibi isə uzun illər səmərəsiz qalaraq sıradan çıxmış texnika və avadanlıqların yenilənməsi istiqamətində işlərin həyata keçirilməsidir. Bununla bağlı Belarus həmkarları ilə aparılan danışıqlar sayəsində pambıqçılıqda çox vacib olan üçtəkərli traktorların yığımına başlanılmışdır. Yerli iqlim şəraitinə uyğun olaraq həmin traktorlara bir neçə əlavə də edilmişdir. Sınaq zamanı məlum olmuşdu ki, üçtəkərli traktorlar tarlada işləyərkən qabaq hissəsi qalxır və pambıq kollarını sıradan çıxarır. Bunu aradan qaldırmaq üçün zavodda istehsal edilən traktorların qabaq təkərinin üstünə əlavə önlük və yük qoymaqdan ötrü aqreqat quraşdırıldı. İndi pambıq sahələrində işləyən "MTZ-80X”, "MTZ-1221” və "MTZ-1025” markalı traktorlar fermerləri olduqca razı salır.
Bundan başqa, mini pambıqyığan kombaynların istehsalı da mənimsənilmişdir. Bu məqsədlə zavod mütəxəssislərindən bir qrupu Belarusa ezam edilərək, yeni texnologiyaların mənimsənilməsi istiqamətində fikir mübadiləsi aparmışlar. Nəticə sevindirici olmuşdur. "Belarus” traktorlarının bazasında mini pambıqyığan kombayn istehsal edilmiş və ilk nümunələri uğurla sınaqdan keçirilmişdir. Həmin mini kombaynlar iqtisadi cəhətdən də fermerlər üçün çox səmərəlidir. Belə ki, pambıqyığan aqreqat "Belarus” traktorunun arxa hissəsinə qoşulur. Məhsul yığımı başa çatdıqdan sonra aqreqat açılaraq növbəti ilin məhsul yığımına saxlanılır. Traktordan isə kənd təsərrüfatının digər sahələrində istifadə edilir.
Pambıq yığımında işlədilən lafetlərin istehsalı da artıq Gəncə zavodunda həyata keçirilir. Halbuki əvvəllər Türkiyədən alınan bu lafetlər baha başa gəlirdi. Respublika Kənd Təsərrüfatı Nazirliyi ilə aparılan danışıqlar nəticəsində zavod 700 ədəd belə lafetlərin sifarişini aldı. Artıq 400 lafet "Azərlizinq” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilmişdir.
Yeri gəlmişkən, cari ilin 9 ayı ərzində müəssisədə 1200 müxtəlif təyinatlı traktor, 349 traktor qoşqusu, 100 "URAL”, 58 "KamAZ”, 9 məişət tullantılarını daşıyan avtomobil istehsal edilmişdir.
Müəssisədə bağçılıqda istifadə edilən mini traktorların da istehsalına başlanılmışdır. 95 at gücündə olan bu traktorlar bağlarda aparılan bütün aqrotexniki işləri görməyə qadirdir. Hələlik sifarişlə 20 belə traktor istehsal edilmişdir.
Bu il müəssisədə daha bir yeniliyə imza atılmışdır. Burada 130 at gücündə olan "Belarus-1221” və 105 at gücündə olan "Belarus-1225” markalı traktorlar istehsal edilirdi. Aparılan sorğular nəticəsində məlum olmuşdur ki, at gücü bir qədər zəif olan traktorlara da ehtiyac var. Müəssisə belarus həmkarları ilə danışıqlar apararaq 90 at güçündə olan yeni "Belarus-892” markalı traktorların istehsalını mənimsəmişdir.
Hazırda Gəncə Avtomobil Zavodunda 530 nəfərədək işçi çalışır. Orta əməkhaqqı 500 manatdan çoxdur. Bu yaxınlarda zavodda işçiləri pulsuz yeməklə təmin etmək üçün yeməkxana binası da istifadəyə verilmişdir. Hər il onların istirahəti üçün müxtəlif tədbirlər də həyata keçirilir. Məsələn, cari ildə 90 nəfər işçi zavodun hesabına ailəsi ilə birlikdə respublikamızın müxtəlif istirahət mərkəzlərində dincəlmişdir.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
16 d. əvvəl
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
- 23 d. əvvəl
-
-
1 saat əvvəl
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İcbari sığorta qanunvericiliyində yeni dəyişikliklər planlaşdırılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
-
2 saat əvvəl
İSB: Xarici ölkə vətəndaşları Azərbaycana gəlmədən sığorta məhsulu əldə edə bilər
-
2 saat əvvəl
"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
İyunun 25-də gözlənilən hava şəraiti
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
Ən çox oxunanlar
NEQSOL Academy SkillHub öyrənmə platformasını istifadəyə verib
"Unibank" "Finance in Motion" ilə 10 milyon avroluq saziş imzalayıb
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar


























