Şabranda da uçot işləri yekunlaşdı - "TORPAQ SAHƏLƏRİ BİRLƏŞMƏLİDİR"
Ölkədə Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin nəticələrinin praktiki istifadəsi bütün rayonları sürətlə əhatə etməkdədir. Artıq Şabran rayonunda da torpaqların elektron kadastr uçotunun nəticələrinin real iş rejimində istifadəsinə start verilib. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Şabranda İctimai təqdimat keçirilib.
Tədbirdə Şabran rayonunu əhatə edən elektron kadastr uçotu işlərinin ayrı-ayrı sahələrə verəcəyi real faydalar, əldə edilən nəticələrin istifadə qaydaları izah edilib, alınan göstəricilər nümayiş olunub.
Bildirilib ki, digər rayonlarda olduğu kimi burada da mülkiyyət mənsubiyyətindən asılı olmayaraq torpaqların sərhədləri müəyyən edilib. Heç bir torpaq sahibi digər ərazini qanunsuz olaraq istifadə edə bilməyəcək. Bu kimi hallar tamamilə aradan qalxır. Eyni zamanda, rayonun torpaq fondunda müxtəlif kateqoriyalara aid, o cümlədən kənd təsərrüfatı, sənaye təyinatlı ərazilərin həcmi müəyyən olunub.
Layihənin həyata keçirilməsi bölgədə bələdiyyə, relyef, meyillilik xəritələrinin də tərtib edilməsini mümkün edib. Eyni zamanda, torpaqların müqayisəli qiymətləndirilməsini, bonitirovkasını həyata keçirməyə imkan verən xəritələr də mütəxəssislər tərəfindən hazırlanıb.
Reallaşan uçot işləri Şabran rayonunun bələdiyyə hüdudları daxilində torpaq islahatına cəlb edilmiş 80 min hektara yaxın torpaq sahəsinin mövcudluğunu öyrənməyə imkan verib. Bəlli olub ki, 35,8 min hektar bələdiyyə, 22,1 min hektar dövlət, 20 min hektar özəl torpaqların payına düşür. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 54 min hektara yaxını (69.3%-i) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 23,9 min hektarını əkin sahələri təşkil edir. Torpaq islahatı aparılan zaman rayon üzrə əkin sahələri 21,5 min hektar olduğu halda, elektron uçot aparılan zaman bu ərazilər digər uqodiyaların hesabına artaraq 23,9 min hektar olub.
Uçot işləri zamanı müəyyən edilib ki, torpaq payı almış ailələrdən 8 minə yaxının torpaq ölçüləri 1 hektaradəkdir. Bu da onu göstərir ki, torpaq sahələrinin konsolidasiyasına, Uçot işləri .
Layihənin reallaşdığı müddət ərzində Şabran rayonunda torpaqların kəmiyyət göstəriciləri ilə bərabər, keyfiyyət göstəricilərinin də uçotu aparılıb. Yay otlaqlarının geobotanik, torpaqların isə eroziya xəritələrinin tərtib edilməsi ərazilərin münbitliyini, torpaqların isə şorlaşmaya məruz qaldığını müəyyən etməyə imkan verir. Belə xəritələr kəndliyə torpağı hansı fermer təsərrüfatına cəlb edəcəyi ilə bağlı iqtisadi planlama üçün yardım edir. Eləcə də torpaqda düzgün aqrokimyəvi tədbirlərin görülməsinə imkan verir. Torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı məlumat bazasının yaradılması da rayon ərazilərindən kənd təsərrüfatı sahəsində istifadəni səmərəli edir.
Qeyd edilməlidir ki, bu günə qədər torpaqların elektron kadastr uçotu işlərinin praktiki istifadəsi 24 rayonda reallaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 8 saat əvvəl
-
-
9 saat əvvəl
Azəbaycan Vyetnamın şirkətilə elektrik avtomobillərinin istehsalını müzakirə etdi
-
9 saat əvvəl
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub
-
10 saat əvvəl
Sahibkarlar "EY İlin İş Adamı" adı uğrunda yarışacaq - İŞTİRAKÇILARIN ADLARI
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
-
11 saat əvvəl
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
22 bank mənfəət açıqladı - SİYAHI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Expressbankın depozit portfeli böyüyüb
Bank of Baku 2025-ci ili artımlar ilə başa vurub - 30,6 MİLYON MANAT XALİS MƏNFƏƏT AÇIQLADI
Azərbaycanda turizmin inkişafına dair ilk Dövlət Proqramı hazırlanıb
VTB (Azərbaycan) maliyyə nəticələrini açıqlayıb
"Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqəni təmin etməyə hazırdır"
Azərbaycanda Qərb Sənaye Parkı yaradılır - FƏRMAN
Geely-nin yeni flaqman modeli Galaxy M9 artıq Azərbaycanda!




















