Azərbaycana daha 50 pambıqyığan kombayn gətiriləcək
Kənd Təsərrüfatı Nazirliyi yanında “Arqolizinq” ASC yaxın ölkəyə daha 50 kombayn gətirəcək.
Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov bildirib.
Onun sözlərinə görə, son üç il ərzində “Arqolizinq” xətti ilə 353 ədəd pambıqyığan kombayn alınıb. Bunlardan 221-i pambıqçılıqla məşğul olan şirkətlərə lizinqə verilib, 98-i isə qurumun 19 rayon bölməsində istifadədir: "Qalan 34 kombayn isə təchizat bazalarında saxlanılır, tələbat yarandığı halda lizinqə veriləcək. Daha 50 ədəd kombayn bu günlərdə respublikaya gətiriləcək".
A.Hüseynov həmçinin qeyd edib ki, bu il Azərbaycanın 22 rayonunda ümumilikdə 132,581 hektar sahədə pambıq əkini aparılıb. Ən çox pambıq Saatlı, İmişli, Sabirabad, Biləsuvar, Ağcabədi, Bərdə və Beyləqan rayonlarının ərazisində əkilib. Respublika üzrə pambıq əkinlərinin 60%-i bu 7 rayonun payına düşür.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Report
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
8 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 8 saat əvvəl
-
-
8 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
9 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
13 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb























