“Bakcell”in yeni rəsmi diler mağazası açılıb
(®) Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi olan Bakcell şirkəti, təklif etdiyi yüksək keyfiyyətli xidmət və məhsullarını müştərilərə daha da yaxın etmək üçün ölkənin bütün regionları üzrə öz satış və xidmət mərkəzləri şəbəkəsini genişləndirməyə davam edir. Bu fəaliyyətin davamı olaraq Göyçayın mərkəzində, Heydər Əliyev küçəsində “Bakcell”in yeni rəsmi diler mağazası istifadəyə verilib.
Tam yeni konsepsiya əsasında qurulmuş müasir satış mərkəzində şirkətin məhsul və xidmətərinin tam çeşidi ilə yanaşı ən son mobil cihazlar və aksesuarlar təklif edilir. Göyçay sakinləri yeni diler mağazasında “Bakcell”in bütün məhsul və xidmətləri barədə məlumat ala, mobil nömrə və istənilən cihazı əldə edə bilərlər.
“Bakcell özünün ən innovativ məhsul və xidmətlərini Azərbaycanın bütün bölgələrində yaşayan abunəçilərinə təqdim etmək üçün əlindən gələni edir. Bu bölgələr sırasında Göyçay da xüsusi yerə malikdir. Bakcell şirkətinin 4G xidməti artıq bütün Bakı və Abşeron ərazisini əhatə edir. Eyni zamanda biz ölkənin 30-dan çox rayon və şəhər mərkəzində 4G şəbəkəsi qurmuşuq. Onlardan biri Göyçay rayonudur. Hazırda rayon mərkəzində bizim 4G xidmətimiz var və bu xidmətlərin əhatə dairəsini genişləndirməyə davam edirik. İnanırıq ki, yeni diler mağazamızın açılışı Göyçay sakinləri üçün faydalı olacaq” deyə Bakcell şirkətinin baş satış direktoru Zaur Bayramov bildirib.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, yeni diler mağazasının açılışı ilə bağlı həmin dükandan istənilən mobil telefon alan müştəriyə əlavə 1 ədəd digər model mobil telefon HƏDİYYƏ veriləcək. Müştərilər bu unikal fürsətdən bir ay ərzində yararlana biləcəklər.
Bakcell şirkəti özünün yüksək keyfiyyətli xidmətlərini və ölkədə ən yüksək sürətli mobil şəbəkəni Azərbaycanın bütün bölgələrində yaşayan müştərilərinə təqdim etmək məqsədilə həm mobil rabitə şəbəkəsini, həm də müştəri xidməti və satış şəbəkələrini genişləndirir.
7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Şirkət 2018-ci ilin I və II rübü üzrə nüfuzlu “Ən sürətli mobil şəbəkə üzrə Speedtest mükafatı”nın qalibi olub. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən isə Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”).
Müştərilərin xəbərləri
Ağdamda tütün sənayesi üzrə beynəlxalq standartlara uyğun yeni sınaq laboratoriyası istifadəyə verildi
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 d. əvvəl
Bakcell Novruz ərəfəsində media nümayəndələri ilə görüş keçirib
- 6 d. əvvəl
-
-
1 saat əvvəl
AFB Bank daşınmaz əmlak krediti: Xəyal etdiyiniz evə bir addım qalır!
- 1 saat əvvəl
-
2 saat əvvəl
Əmək müqaviləsinə xitam verilməsinin daha bir əsası müəyyənləşir
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycan məhsulu bu il xaricdə 2 dəfəyə yaxın baha satılıb - 2 AYDA 58 MİLYONA YAXIN GƏLİR GƏTİRİB
- 3 saat əvvəl
-
3 saat əvvəl
2 ay ərzində Azərbaycana 26,5 milyon dollar valyuta gəliri təmin edib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakcell Novruz ərəfəsində media nümayəndələri ilə görüş keçirib
Martın 19-da gözlənilən hava şəraiti
Əmək müqaviləsinə xitam verilməsinin daha bir əsası müəyyənləşir
Azərbaycan məhsulu bu il xaricdə 2 dəfəyə yaxın baha satılıb - 2 AYDA 58 MİLYONA YAXIN GƏLİR GƏTİRİB
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Azərbaycandan İrana növbəti humanitar yardım yola salınır
Rəsmi məzənnələr açıqlandı
İlham Əliyevlə Almaniya Kansleri arasında telefon danışığı olub
Əli Laricaninin öldürüldüyü İran hakimiyyəti tərəfindən təsdiqlənib
Tramp NATO-dan küsüb - "Artıq yardımınıza ehtiyacımız yoxdur"
FAB 2026-cı ilin rənglərini elan edib
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO


















