Nəhəng bankdan "Xoruz İli" xəbərdarlıqları
Çin, ənənəvi heyvan təqviminə görə "Meymun İli"ni geridə qoyaraq "Xoruz İli"nə girərkən, Goldman Sachs analitikləri ölkə iqtisadiyyatını təhdid edən riskləri sıralayıb.
"Marja" xəbər verir ki, Çin məsələsinin, qlobal narahatlıqlar siyahısında aşağı sıralara enmiş kimi göründüyünü, lakin hələ də əhəmiyyətli risklər olduğunu söyləyən analitiklər, yaşanan kredit "bumu"nun qəfil kəsilməsi və ya inflyasiya artımı qarşısında sərt siyasətin işə salınması kimi kritik təhdidlər olduğunu deyib.
KREDİT "KÖPÜYÜ"
Narahatlıqlarının ən böyük mənbəyi isə mənzil sektoru və kreditlərdəki artımdır.
Analitiklər iqtisadi artımda sərt enişdən çox mülayim bir yavaşlama gözləsə də, ucuz kreditləri tənzimləmək üçün görülən tədbirlərin mənzil kimi kritik sektorlar üzərində təzyiq yaradacağı barədə xəbərdarlıq ediblər.
Göstəricilər də bu narahatlıqların haqsız olmadığını göstərir. Dünən açıqlanan rəqəmlərə görə, Çində Yanvar ayında verilən kreditlərin həcmi İsveç və Polşanın iqtisadi böyüklüyündən daha çoxdur. Yeni verilən kreditlər 3,74 trilyon yuanla (545 milyard dollar) rekord səviyyəyə çıxıb.
Məhz bütün bunlar kredit "bum"unun nə qədər davam edəcəyinə dair qorxuları artırır.
XARİCİ RİSKLƏR
Goldman Sachs analitikləri ölkə iqtisadiyyatını təhdid edən xarici risklərə də diqqət çəkib.
Bu məqamda yavaşlayan tələb və Donald Trump-ın gəlişi ilə birlikdə artmasından qorxulan ticarət baryerlərinin təsirilə Çinin ixracında kəskin azalma ola bilər. Həmçinin Fedin gözləniləndən sürətli faiz artırması da əhəmiyyətli risk olaraq qarşıya çıxır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















