Açıq məkanda 2000-ə yaxın reklamın yayımı dayandırılıb
“Bu ilin iyul ayına qədər 2000-ə yaxın reklam konstruksiyasının yayımı dayandırılıb, 10-a qədər inzibati protokol tərtib olunub”.
Bu barədə Azərbaycan Dövlət Reklam Agentliyindən İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Agentlikdən bildirilib ki, bu zaman tək reklam daşıyıcıları deyil, həmçinin reklamın məzmununa da nəzarət olunur:
"Azərbaycanın dilçilik prinsiplərinin, dövlət rəmzləri ilə bağlı tələblərin qorunmasına çalışılıb".
Qeyd olunub ki, Dövlət Reklam Agentliyi həmçinin işin effektivliyini artırmaq üçün maddi-texniki bazanın təkmilləşdirilməsi istiqamətində müəyyən addımlar atıb.
“Müfəttişlər ərazilərdə monitorinqlər aparmaq üçün yanacaq sərfiyyatı az olan, ekoloji cəhətdən təmiz avtomobillərlə təmin ediliblər. Sahibkarlarla ünsiyyət zamanı işin daha şəffaf aparılması üçün avtomobillər video-müşahidə kameraları ilə təchiz olunub.
Agentliyin müfəttişlərinin innovativ texnologiyalarla təchiz olunması istiqamətində görülən işlərin tərkib hissəsi olaraq, qurum üçün xüsusi hazırlanmış reklam səthini məsafədən ölçmə cihazı da artıq istifadəyə verilib”-deyə məlumatda bildirilib.
Agentlik bəyan edib ki, açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarların qeydiyyatdan keçməsi üçün mövcud prosedurların sadələşdirilməsi məqsədi ilə elektron müraciət sisteminin yaradılması yönündə müvafiq işlər yekunlaşmaq üzrədir.
“Göstərilən xidmətlərin əlçatanlığının artırılması məqsədi ilə “Reklam daşıyıcılarının onlayn qeydiyyatı” sistemi tezliklə Agentliyin rəsmi internet səhifəsinin tərkib hissəsi olaraq istifadəyə veriləcək. Hər bir reklam yayıcısı səhifədə qeydiyyatdan keçməklə reklam yayımı xərclərini hesablaya və yeni reklam qurğularının qeydiyyatı üçün müraciət edə biləcək”.
Agentlikdən bildirilib ki, qurumun fəaliyyətinə dair sualların operativ cavablandırılması, inzibati-hüquq pozuntuları barədə zənglərin, həmçinin Agentliyin rəsmi internet səhifəsi və sosial şəbəkələrdəki səhifələri vasitəsilə daxil olmuş müraciətlərin qəbul edilməsi məqsədilə yaradılan çağrı mərkəzi artıq fəaliyyətə başlayıb:
“Vətəndaşlar 14 12 çağrı nömrəsini yığmaqla Reklam Agentliyinə öz şikayətlərini, təkliflərini bildirə bilərlər. Görülən işlərin hesabatı olaraq, iyul ayında mediaya “Açıq qapı” günü təşkil olunub, jurnalistlərin ünvanlandığı suallar ətraflı və dolğun şəkildə cavablandırılıb”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
7 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















