Qızılın unsiyasının 30 dollardan çox düşəcəyi gözlənilir
Dünya birjalarında qızılın qiyməti Fed-in faiz artırmaqda davam edəcəyini açıqlaması ilə əlaqədar olaraq aşağı düşür.
"Marja" xəbər verir ki, Bakı vaxtı ilə saat 12:25-də qızılın unsiyası 1183.07 dollardan alıcı tapıb. Qiymətli metal bu ay 1.5 faiz ucuzlaşıb.
Qızıl Cümə axşamı günü 1181.96 dollar ilə Avqustun ortasından bu yana ən aşağı səviyyəsini görmüşdü.
ABŞ pul vahidinin G-10 ölkələrinin pulları qarşısındakı dəyərini göstərən Bloomberg Dollar Spot İndeksi 0.5 faiz yüksəlib. Dollar ardıcıl ikinci rübdür bahalaşır və ilin əvvəlindən bu yana 2 faiz qalxıb.
İqtisadçılar qızılın unsiyasının 1150 dollara və daha aşağı səviyyələrə düşəcəyini gözləyirlər. Buna Fed-in faiz artırması və Dolların bahalaşmasının səbəb olacağı qeyd edilir. Əgər iqtisadçıların proqnozu reallaşarsa qızıl 30 dollardan çox və ya ən azı 2,5% ucuzlaşacaqdır.
1 unsiya 31.1 qrama bərabərdir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 16 saat əvvəl
-
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















