Avropa İnvestisiya Bankı Azərbaycan şirkətləri üçün şərtlərini açıqlayıb
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə özəl sektorun inkişafına təkan verəcək layihələr müzakirə edilib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Kadrlar və İctimaiyyətlə Əlaqələr şöbəsindən "Marja"ya daxil olmuş məlumata görə, Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak bildirib ki, ölkəmizə səfəri çərçivəsində önəmli görüşlər keçirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünün əhəmiyyətindən danışan qonaq ölkəmizə səfərinin Avropa İnvestisiya Bankı ilə Azərbaycanın özəl sektoru arasında yeni əməkdaşlıq imkanlarının yaranacağına ümid etdiyini bildirib.
Vazil Hudak bildirib ki, Avropa İnvestisiya Bankı yeni innovasiya xarakterli layihələri dəstəkləməyə hazırdır. Bugünədək mikrokreditlər, kiçik və orta sahibkarlara maliyyə yardımı etdiklərini deyən qonaq böyük investisiya layihələrini dəstəkləməyə hazır olduqlarını bildirib. Onlara müraciət edən layihələrin ekspertlər tərəfindən dəyərləndirildikdən sonra qəbul edildiyini qeyd ediblər. V. Hudak bildirib ki, şərtlərə əsasən maliyyə dəstəyindən faydalanmaq istəyən şirkətlər ən azı 12 il fəaliyyət göstərməli və təqdim edilən layihənin dəyərinin 50%-ni (15 milyon ABŞ dollardan az olmamaq şərtilə) qarşılamalıdırlar.
“Avropa İnvestisiya Bankı layihəni dəyərləndirdikdən sonra büdcənin qalan hissəsini qarşılaya bilər. İstisna olaraq,bərpa olunan enerji layihələrin 75%-ni dəstəkləməyə hazırıq. Lakin, həmin şirkətlərin müvafiq balans hesabı olmalıdır. Biz həmçinin yerli tərəfdaşlarla birgə əməkdaşlığa hazırıq,”- deyə V.Hudak bildirib.
Məmməd Musayev bildirib ki, Avropanın nüfuzlu təşkilatının Azərbaycan Sahibkarlar Konfederasiyası ilə görüşündən məmnundur. Ölkəmizin özəl sektorun inkişafına göstərilən dövlət qayğısından söhbət açan M.Musayev ÜDM özəl sektorun payının artmasını, günü-gündən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şirkətlərinin sayının artdığını qeyd edib. M.Musayev Azərbaycan Sahibkarlar Konfederasiyasının Avropa İnvestisiya Bankı ilə əməkdaşlığa hazır olduğunu deyib.
Daha sonra gələcək əməkdaşlıaqla bağlı geniş fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
7 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)



.jpg)





.jpg)






