Bank “BTB”, “Mida” xətti ilə güzəştli ipoteka kreditini 1 günə rəsmiləşdirir
(®) Bank “BTB” ASC güzəştli mənzil arzusunda olanlara cəmi 1 günə ipoteka krediti verir. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışına qoşulmaq istəyənlər Bank BTB-ya müraciət edə bilərlər.
Yasamal Yaşayış Kompleksində satılan güzəştli mənzillər üzrə ilk kredit müqaviləsi 11 sentyabr tarixində Bank BTB - də imzalanıb.
Qeyd edək ki, 31.07.2017-ci il tarixində “MİDA” MMC ilə müvafiq əməkdaşlıq müqaviləsini imzalamış Bank “BTB” ASC-nin ipoteka kreditləri “Sənaye” filialı tərəfindən rəsmiləşdirilir. Filial Yasamal r-nu, Ə. Haqverdiyev küç., 577 ünvanında yerləşir.
Bank BTB tərəfindən təqdim olunan İpoteka krediti məhsulunun əsas üstünlüyündən biri rəsmiləşdirmə prosesinin sürətli olmasıdır. Əlavə olaraq filial layihəyə olan marağı və müraciətlərin sayını nəzərə alaraq xüsusi iş rejiminə keçib.
Bu layihə çərçivəsində “Sənaye” filialı:
10.09.2018-14.09.2018 və 17.09.2018-21.09.2018 tarixlərində saat 09:00-dan 20:00-dək; şənbə günləri isə 15.09.2018 və 22.09.2018-ci il tarixlərində saat 10:00-dan 16:00-dək fəaliyyət göstərəcək.
Güzəştli ipoteka krediti haqqında ətraflı məlumatla Bank BTB - nin Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən almaq mümkündür.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 20 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB



















