970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

MDB-nin ən böyük e-ticarət şirkəti yaradılır

AzVak-mobil_resmin_ustu_31
MDB-nin ən böyük e-ticarət şirkəti yaradılır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Çinin "Alibaba" Şirkətlər Qrupu ilə Rusiyanın "Megafon", "Mail.ru" şirkətləri və Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) Rusiya və Müstəqil Dövlətlər Birliyində (MDB) fəaliyyət göstərəcək ən böyük e-ticarət şirkətini yaradacaqlar.
 

"Marja" xəbər verir ki, Rusiyanın Vladivostok şəhərində keçirilən Şərq İqtisadiyyat Forumunda "Alibaba", "Megafon", "Mail.ru" və RDIF rəsmiləri tərəfindən tərəfdaşlıq müqaviləsi imzalanıb.
 

Müqavilə çərçivəsində başlanğıc dəyəri 2 milyard dollar olması gözlənilən, Rusiya və MDB-də fəaliyyət göstərəcək ən böyük e-ticarət şirkətinin yaradılması nəzərdə tutulur. "Aliexpress" şirkətinin də Rusiyadakı mövcud işləri sözügedən ortaq şirkətə veriləcək.
 

Müqavilə ilə Rusiyanın ən böyük telekommunikasiya şirkətlərindən "Megafon", yenə ölkənin ən iri internet şirkətlərindən "Mail.ru"dakı 10%-lik hissəsini, "Aliexpress Rusiya"dakı  24%-lik səhm qarşılığında "Alibaba" qrupuna təhvil verəcək.
 

Rusiyanın e-ticarət sektorunda bağlanmış "ən böyük" müqavilənin 2019-un ilk rübündə həyata keçirilməsi planlaşdırılır. "Aliexpress Rusiya" şirkətində"Megafon"ın 24 faiz, "Mail.ru"nun 15 faiz və RDIF-in 13 faiz payları olacaq.

11.09.2018 11:50
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19