Binə daxil, Bakıda sənədsiz evi olanlara müjdə - "İNSANLAR YAŞAYIRSA..."
Bakıda və Abşeron rayonu ərazisində əvvəllər kənd təsərrüfatı təyinatlı olan torpaqlarda xeyli sayda fərdi evlər tikilib, uzun illərdir insanlar orada yaşayırlar. Ancaq hələ də öz mülkiyyət hüquqlarını əldə edə bilmirlər. Bu məsələ müzakirə olunurmu? Hansısa qərar varmı?
“Marja”nın məlumatına görə, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət agentliyinin direktoru Mohuma Heraçiyev bildirib ki, bununla bağlı kifayət qədər araşdırmalar aparılıb.
“Aidiyyati qurumlarla müzakirə edilib. Ən ağır vəziyyət Bakıda Abşeronun rayonunun idarəçiliyində olan torpaqlardadır. Burada böyük yaşayış massivləri formalaşıb və insanlar öz yaşadıqları əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatını apara bilmirlər. Bu da bir çox problemlərlə nəticələnir.
Həmin məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin mövqeyi ondan ibarətdir ki, əgər həmin ərazidə artıq yaşayış məntəqəsi formalaşıbsa, insanlar yaşayırsa, məktəb, uşaq bağçası tikilibsə, yollar çəkilibsə, torpaqların geri qaytarılması iqtisadi cəhətdən səmərə vermirsə, hesab edirik ki, bu torpaqların kateqoriyası dəyişdirilməlidir. Amma bir şərtlə ki, gələcəkdə qanunsuz tikintilərin aparılması, yaşayış massivlərin salınması kimi hallar təkrarlanmasın. Yəqin ki, qısa dövr ərzində həmin torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı addımlar atılacaq”.
"TORPAQLAR BAKIYA QAYTARILMALIDIR"
O, “Bəs Bakının rayonlarının ərazisində Abşeron rayonun idarəçiliyində olan torpaqların taleyi nə yerdədir? Onlar idarəçilikdən çıxarılacaqmı?” suallarına aşağıdakı şəkildə cavab verib.
“Bu gün həqiqətən həmin torpaqların idarə edilməsi ilə bağlı ciddi problemlər mövcuddur. Bunu Abşeronun, digər rayonların icra hakimiyyətləri də, Bakı şəhər İcra Hakimiyyəti də etiraf edir. Qanunla həmin torpaqların idarə edilməsi səlahiyyəti Abşeron rayonundadır. Yəni, Bakının ərazisində yerləşməsinə baxmayaraq, Bakı şəhər İcra Hakimiyyətinin o işlərə qarışmaq səlahiyyəti yoxdur. Biz də bu məsələni hökumət strukturları ilə birgə müzakirə etmişik. Düşünürük ki, həmin torpaqlar Bakı şəhər İcra Hakimiyyətinə qaytarımalıdır. Bundan sonra isə ərazilər Bakının bələdiyyələrinə verilməlidir. Bununla da insanlar evlərini, digər əmlaklarını sənədləşdirməlidirlər”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















