VTB Bank (Azərbaycan) MİDA ilə əməkdaşlıq sazişi imzalayıb
Bank VTB (Azərbaycan) MİDA ilə əməkdaşlıq müqaviləsinin imzalanması nəticəsində mənzillərin güzəştli ipoteka kreditləri ilə verilməsinə başlayıb.
Agentliyə aid daşınmaz əmlakı 10% ilkin ödənişlə, illik 4%, 30 il müddətinədək güzəştli ipoteka krediti vasitəsilə əldə etmək mümkündür.
Agentliyin komplekslərində mənzil almaq üçün Bank VTB (Azərbaycan)-dan güzəştli kreditlərin əldə edilməsi məqsədilə “Elektron hökumət” portalında yaradılmış “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçmək və “şəxsi elektron kabinet yaratmaq lazımdır.
Güzəştli ipoteka krediti vasitəsilə güzəştli mənzil əldə etmək hüququna malik şəxslərin siyahısı ilə Agentliyin saytında tanış olmaq mümkündür.
VTB (Azərbaycan) MİDA ilə əməkdaşlıq müqaviləsi imzalayan beşinci agent-bank olub.
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi 2016-cı ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə yaradılıb. MİDA-nın əsas məqsədi çoxmənzilli yaşayış binalarının tikintisinin təşkili və güzəştli kateqoriyaya aid vətəndaşların mənzil əldə etmələrinə şərait yaratmaqdır.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 20 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















