Səudiyyə Ərəbistanından neft qərarı
Neft İxrac Edən Ölkələr Təşkilatı və neft sektoru mənbələrinə görə, Səudiyyə Ərəbistanı, ABŞ-da noyabr ayında keçiriləcək Konqres seçkilərinə qədər neftin qiymətini 70-80 dollar/barel aralığında saxlamağı qarşısına məqsəd qoyub.
"Marja" Oilprice.com-un xəbərinə istinadən bildirir ki, mövzuya yaxın mənbələr, Səudiyyə Ərəbistanı və Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) neft qiymətləri üçün rəsmi bir məqsədlərinin olmadığını və rəsmi bir hədəf təyin olunmasının söz mövzusu olmadığını qeyd ediblər. Bununla yanaşı, Səudiyyə Ərəbistanın neftin qiymətinin 80 dollaradək qalxmasını, 70 dollardan isə aşağı düşməməsinə ehtiyacı olduğunu bildiriblər.
Mənbələrə görə, "Səudiyyə Ərəbistanının nağd pula ehtiyacı var. Planlar və islahatları var və "Aramco"nun səhmlərinin bir hissəsinin satışı təxirə salınıb. Neftin qiymətinin 70-80 dollar/barel aralığında qalmasına ehtiyacları var".
OPEC daxilində başqa üzvlər də qiymətin 70-80 dollar/barel afralığında olmasını istəyir, Əlcəzair daha əvvəl verdiyi açıqlamada 75 dolların ədalətli qiymət olduğunu qeyd etmişdi.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 8 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















