Sığorta bazarının 56%-nə 2 şirkət nəzarət edir
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda toplanmış 459,841 milyon manat sığorta haqqının 257,207 milyon manatı və yaxud 55,9%-i "PAŞA Həyat Sığorta" və "PAŞA Sığorta" ASC-lərin payına düşüb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistika hesabata görə,"PAŞA Holdinq" MMC-yə daxil olan bu şirkətlər müvafiq olaraq 167,729 milyon manat (36,5%) və 89,478 milyon manat (19,5%) sığorta haqqı toplayıblar.
Daxilolmaların məbləğinə görə, 3-cü yerdə 36,49 milyon manatlıq (7,9%) göstərici ilə Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta"), 4-cü yerdə 32,121 milyon manatlıq (7%) göstərici ilə "Atəşgah Həyat Sığorta" ASC, 5-ci yerdə isə 23,073 milyon manatlıq (5%) göstərici ilə "Atəşgah Sığorta" ASC qərarlaşıb. İlk 5-liyə daxil olan şirkətlərin ümumi yığımları 348,891 milyon manat təşkil edib ki, bu da bazarın 75,9%-i deməkdir.
21 sığortaçı arasında ən az sığorta haqqı toplayanlar isə "Naxçıvan Sığorta" (150 min manat), "Amrah Sığorta" (228 min manat), "Bakı Sığorta" (655 min manat) və "Rəvan Sığorta" (870 min manat) ASC-lərdir. Bu şirkətlərin ümumi yığımları 1,903 milyon manat təşkil edib ki, bu da bazarın cəmi 0,4%-i deməkdir.
Qalan 12 sığorta şirkətinin yığımları isə 3-17 milyon manat arasında dəyişir və onların bazar payı 109,047 milyon manat və yaxud 23,7%-dir.
Ödənişlərin 50%-ni "PAŞA Holdinq"in şirkətləri həyata keçirir
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyata keçirilmiş 145,905 milyon manatlıq sığorta ödənişlərinin 49,9%-i və yaxud 72,742 milyon manatı "PAŞA Həyat Sığorta" və "PAŞA Sığorta" ASC-lərin payına düşüb. Bu şirkətlər müvafiq olaraq 42,983 milyon manat (29,5%) və 29,759 milyon manat (20,4%) ödəniş ediblər.
Ödənişlərin məbləğinə görə, 3-cü yerdə 11,635 milyon manatlıq (8%) göstərici ilə "Atəşgah Sığorta" ASC, 4-cü yerdə 11,245 milyon manatlıq (7,7%) göstərici ilə "Atəşgah Həyat Sığorta" ASC, 5-ci yerdə isə 10,46 milyon manatlıq (7,2%) göstərici ilə "Qala Həyat Sığorta" ASC qərarlaşıb. İlk 5-liyə daxil olan şirkətlərin ümumi ödənişləri 106,082 milyon manat təşkil edib ki, bu da bazarın 72,7%-i deməkdir.
21 sığortaçı arasında ən az ödəniş edənlər isə "Naxçıvan Sığorta" (3 manat), "Amrah Sığorta" (29 min manat), "Bakı Sığorta (145 min manat) və "Rəvan Sığorta" (176 min manat) ASC-lərdir. Bu şirkətlərin ümumi ödənişləri 353 min manat təşkil edib ki, bu da cəmi 0,2%-lik pay deməkdir.
Qalan 12 sığorta şirkətinin ödənişləri 39,47 milyon manat və yaxud bütün ödənişlərin 27,1%-i qədərdir.
PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!
© Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 15 saat əvvəl
-
17 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 17 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























