Alman investor “Bank Respublika”nın kapitalındakı payını artırdı - AÇIQLAMA
Almaniyanın İnvestisiya və İnkişaf Cəmiyyəti (DEG) “Bank Respublika”nın nizamnamə kapitalında olan payını 16,6%-ə çatdırıb.
Bank, səhmdar kapitalında yuxarıda qeyd edilən paya 6 milyon manat məbləğində səhmlərin planlı şəkildə yerləşdirilməsi sayəsində nail olmuşdur. Nəticədə Bankın nizamnamə kapitalı 73,5 milyon manatadək artıb.
"Nizamnamə kapitalının artırılması bankın maliyyə bazarındakı mövqeyinin gücləndirilməsinə yönəldilmiş strategiya çərçivəsində həyata keçirilib, bu isə, Banka müştərilərin maliyyə ehtiyaclarını maksimum dərəcədə qarşılamağa, kiçik və orta biznesi maliyyələşdirən aparıcı təşkilat kimi mövqeyini daha da möhkəmləndirməyə şərait yaradacaq",- Bankdan "Marja"ya daxil olmuş açıqlamada deyilir.
"Kapitalın xarici səhmdar tərəfindən artırılması həm Banka, həm də ölkənin bütün maliyyə bazarına dəstək və etimadın göstəricisidir və bu bizə inkişaf strategiyamızın uğurla həyata keçirilməsini davam etdirməyə imkan verəcək. Əlavə kapitallaşma “Bank Respublika”nın bazarda güclü iştirakını təsdiqləyərək, bank sektorunun liderləri sırasında mövqeyini etibarlı şəkildə möhkəmləndirir." – deyə Bankın Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirib.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 18 saat əvvəl
-
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















