Mentor Talks-un növbəti tədbiri keçiriləcək
(®) Artıq ikinci dəfə təşkil edilən tədbir oktyabr ayının 14-ü Park Inn hotelində keçiriləcək. Mentor Talks tədbirinin növbəti mövzusu “Biznes & Təşəbbüskarlıq’dır”. Bu dəfəki şüarı “Daxili potensialını kəşf et!” olan tədbirin məqsədi Azərbaycanda Biznes və Təşəbbüskarlığın inkişafının bir parçası olmaq, insanlara ilham verməkdir.
Bu sahədə təcrübəli 7 spikerin çıxış edəcəyi tədbir 14:00-dan 18:00-a qədər davam edəcəkdir.
#Mentor Talks, öyrədici və ilham verən çıxışları olan bir tədbirdir. Missiyası insanların həyatına dəyər qatan ideya və məlumatları paylaşaraq onları davamlı inkişafa sövq etməkdir.
İştirakçılar tədbirdə, texnologiya, təhsil, marketinq və biznesin digər sahələrində təşəbbüskarlığı olan xarici və yerli spikerlərdən mövzuyla bağlı qloballaşan dünyanın və yerli bazarın tələblərinə uyğun məlumatlar, davamlı inkişafa meyilli insanlarla “networking” və ianəli bilet alaraq tədbirin sosial tərəfi olan autizm sindromundan əziyyət çəkən uşaqların ailələrinə dəstək olma imkanı əldə edəcəklər.
Tədbirdə iştirak etmək istəyənlər təklif olunan Standart (35 AZN) və İanəli (45 AZN) biletlərdən birini seçə bilərlər.
İanəli biletin standart biletdən fərqi ondadır ki, həmin bilet məbləğinin 10 AZN-i ilə autizm sindromundan əziyyət çəkən uşaqlara dəstək olunacaq.
Tədbirin sosial məqsədi isə şirkətlərin və fərdlərin autizmə qarşı diqqətini artırmaq, sosial məsuliyyət zehniyyətli bizneslərin qurulması və artmasına diqqət çəkməkdir.
Məlumat üçün qeyd edək ki, tədbirin biletləri artıq satışdadır. İştirakçılar sentyabrın 20-na qədər Standart bileti 29 AZN-ə əldə edə biləcəklər.
Biletləri əldə etmək üçün:
www.mentor.az saytından qeydiyyatdan keçə, Mentor Talks’un Facebook səhifəsi ilə (https://www.facebook.com/mentor.az/) və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz:
Mob: (070) 296 64 66
Yerinizi rezerv etməyə tələsin! İndi sifariş edin!
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB


















