Rabitəbank-dan daha bir yenilik! Bank xidmətləri artıq Telegramda!
(®) Müştərilərinin rahatlığını daima düşünən və onlar üçün hər zaman yeni məhsullar təqdim edən Rabitəbank Rabitabot-u - Telegram, Messenger kimi kanallarda aktiv olan mesaj botunu daha da təkmilləşdirdi! İndi siz bank əməliyyatlarınızı öz smartfonunuzda, fiziki olaraq heç bir yerə getmədən Telegram tətbiqi vasitəsilə həyata keçirə bilərsiniz.
İndi artıq müştərilər bütün kartlarının balansını sadəcə bir klik ilə, həm də son dərəcə təhlükəsizlik şəraitində Telegram vasitəsilə öyrənə bilərlər. Bundan əlavə, müştərilər hesabdan çıxarış əldə etməklə yanaşı, real vaxt rejimində valyuta məzənnələri, yaxın filial və bankomatlar, kredit və kart məhsulları haqda məlumatları da əldə edə bilərlər.

Proses belə baş verir: Müştəri telefonundakı Telegram tətbiqindən Rabitabot ilə çata daxil olduqda və ya www.133.az səhifəsindəki müvafiq düyməyə kliklədikdə Rabitabot işə düşür, müştəriyə xidmətlər menyusunu təqdim edir, menyudan maraqlı olduğu xidməti seçən müştəriyə isə sadəcə klikləmək və bəzi məlumatları qeyd etmək qalır – ən qısa zaman ərzində müştərinin bütün istəkləri qeyd olunur, məlumatlar dərhal müştəri xidmətləri və digər bütün aidiyyatı departamentlərə göndərilir, konsultantlar isə ən qısa zaman ərzində müştəri ilə əlaqə saxlayırlar və xoşbəxt sonluq baş tutur: müştəri Telegram-dan çıxmadan, heç bir əziyyət çəkmədən kredit müraciəti və ya plastik kart sifarişi etmiş olurlar.
Qeyd edək ki, müştərilər buna qədər Telegram vasitəsilə günün 24 saatında Rabitabot-un aktiv olduğu Telegram kanalından müraciət edərək onlayn kredit müraciətindən tutmuş plastik kart sifarişinə qədər bütün xidmətlərdən də istifadə edə bilirdilər – bütün bunlara isə yalnız saniyələr sərf olunur.
Telegram Botun bütün imkanlarından istifadə etmək üçün bu linkə keçid etməyiniz kifayətdir https://telegram.me/RabitaBankBot
Rabitəbank Rabitabot-u bütün kanallarda təkmilləşdirməyə və onun funksionallığını daha da artırmağa davam edəcək.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 17 saat əvvəl
-
- 19 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















