Venesuelada əmək haqqı da "Petro"ya bağlı olacaq
Venesuela Prezidenti Nikolas Maduro, ötən günlərdə neftə bağlı milli kriptovalyuta vahidi "Petro"nun ölkə daxilində milli pul vahidi olaraq istifadə ediləcəyini bildirib.
"MArja" xəbər verir ki, Maduro yerli bir televiziya kanalında verdiyi açıqlamada dövlətin sahibi olduğu neft şirkəti PDVSA-nın "Petro"nu pul vahidi olaraq istifadə etməyə başlayacağını və hökumətin "Petro"ya bağlı yeni pensiya sistemi və xidmətlər üçün yeni tarif sistemi yaradacağını bildirib.
Maduroya görə, "Petro"ya əsaslanan yeni əməkhaqqı və tarif sistemləri ilə "işçilərin daxilolmalarında qənaətbəxş dəyişiklik olacaq" və kriptovalyutanın "maksimum pərakəndə qiymətinin yenidən ortaya çıxmasına səbəb olacaqdır".
Maduro, ölkə daxilində artırılması nəzərdə tutulan minimum əmək haqqının da "Petro"a bağlı olacağını deyib.
"Petro" 60 dollar və ya Venesuelanın milli pul vahidi Bolivardan Bazar ertəsi günü beş sıfır atılmasının ardından 3600 bolivar dəyərində olacağını deyən Maduro, minimum əmək haqqın da 1800 bolivar olaraq müəyyən olunacağını bildirib.
Özünün kriptovalyutasını buraxaraq tarixə düşən ilk ölkə olan Venesuela, bu addımı ilə bir daha tarixdə bir ilkə imza atmış olacaq.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB






















