"SOCAR-ın problemləri olacaq"
“Moody`s” beynəlxalq reytinq agentliyi hesab edir ki, türk lirəsinin ucuzlaşması SOCAR şirkətinin STAR NEZ-in tikintisinə investisiyaların qaytarılması müddətinin uzadılmasına gətirəcək.
“Moody`s”in SOCAR-a dair dərc etdiyi icmalda vurğulanır ki, türk lirəsinin ucuzlaşması şirkət üçün müəyyən risklər yaradır.
“Son 5 il ərzində lirə 70%, 2018-ci ilin əvvəlindən - 40% ucuzlaşıb. Mübadilə məzənnəsinin volatilliyi və son 12 ay ərzində dəyərinin yarısını itirən lirənin ucuzlaşması SOCAR üçün ABŞ dollarında yatırılan investisiyaların qaytarılması ilə bağlı problemlər yaradacaq”, - agentlik qeyd edir.
2017-ci ildə Türkiyədə əməliyyatlardan SOCAR-ın gəlirləri 5 mlrd. manata yaxın təşkil edib, bu da şirkətin Azərbaycanda fəaliyyətindən əldə etdiyi gəlirlə müqayisə olunur.
Türkiyədə fəaliyyət məqsədilə SOCAR - SOCAR Turkey Yatırım AS törəmə şirkət yaradıb. 2017-ci ilin sonuna şirkətin investisiyaları 12,2 mlrd. manat həcmində qiymətləndirilir. Bu, əsasən $6,3 mlrd. həcmində qiymətləndirilən STAR NEZ-in tikinti layihəsinə sərmayələrdədir.
“NEZ 2018-ci ilin oktyabr ayında fəaliyyətə başlayacaq, emal həcmi illik 10 mln. ton təşkil edəcək. Tikinti üçün SOCAR $3,3 mlrd. həcmində layihə maliyyələşməsi cəlb edib, daha $3 mlrd. Azərbaycan tərəfinin sərmayələri təşkil edəcək. Ötən il SOCAR bu layihəyə 577 mln. manat yatırıb ($345 mln.). Hesab edirik ki, 2018-ci ildə layihəyə sərmayələr $600 mln.-a yaxın təşkil edəcək. Lirənin ucuzlaşması SOCAR-ın STAR-a investisiyaların qaytarılma müddətinin uzadılmasına səbəb olacaq”, - agentlik qeyd edir.
Bundan əkavə, lirəsnin ucuzlaşması Petkim neft-kimya kompleksinin fəaliyyətinə mənfi təsir göstərə bilər. “2017-ci ilin sonuna Petkim-in xarici öhdəlikləri $1,4 mlrd. həcmində qiymətləndirilir. Nafta istehlakçısı qismində Petkim xammal neftin qiymətinin volatilliyinə meyllidir. Bu, xammal alışına xərclərin artmasına gətirəcək, bu da holdinqin gəlirinin azalmasına səbəb ola bilər”, - hesabatda bildirilir.
“Moody`s”in qiymətləndirmələrinə görə, lirənin gələcəkdə ucuzlaşması “SOCAR Turkiye Enerji”nin 2021-ci ildə IPO keçirilməsinə dair planlarını dəyişdirə bilər.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
SOCAR-DAN AÇIQLAMA
Türkiyə lirəsinin məzənnəsinin dəyişkənliyi "SOCAR Turkey Enerji" şirkətinin aktivlərinin gəlirliliyinə nəzərəçarpacaq təsir göstərməyəcək.
Bu barədə "SOCAR Turkey Enerji" şirkətinin xarici əlaqələr üzrə rəhbəri Murat Lekompte bildirib.
M.Lekompte bildirib: "Əgər bizim Türkiyədəki müəssisələrdən danışırıqsa, Petkim neft-kimya kompleksi və STAR neft emalı zavodunda vəziyyətlər fərqlidir. Belə, Petkim-də istehsal olunan məhsulların 50 faizi Almaniya, ABŞ, Polşa və digər xarici ölkələrə göndərilir. Yəni, demək olar ki, məzənnənin dəyişkənliyi Petkim üçün risk yaratmır. STAR neft emalı zavoduna gəldikdə zavod fəaliyyət göstərməyə başlamayıb və tikinti mərhələsindədir. Burada lirənin məzənnəsinin aşağı düşməsi hər hansı bir dəyişikliyə səbəb olmur. Türkiyədə ən iri xarici investor kimi biz layihələrin həyata keçirilməsini və ölkə iqtisadiyyatına yatırımlar etməyi davam etdirmək niyyətindəyik".
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© İnterfaks-Azərbaycan, Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
13 saat əvvəl
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
-
14 saat əvvəl
Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
-
14 saat əvvəl
FED-in üstünlük verdiyi inflyasiya göstəricisi 3 ilin ən yüksək səviyyəsində
-
14 saat əvvəl
Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb
- 14 saat əvvəl
-
14 saat əvvəl
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
-
14 saat əvvəl
Ayan Qəmbərova: “Əmlak bazarının gələcəyi peşəkar idarəetmədən keçir”
-
15 saat əvvəl
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
-
15 saat əvvəl
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dolların 29 İyun üçün rəsmi məzənnəsi müəyyən edilib
FNC BOKT təşkilati-hüquqi formasını dəyişərək ASC-yə çevrilib
Ən çox oxunanlar
Hərbi xidmətə çağırılan şəxslər üçün “Əsgərcell” xüsusi təklifi - QİYMƏTİ 88 MANATDIR
ABB-nin dəstəyi ilə yeni uşaq futbol komandası formalaşdırıldı
“Daşkəsən Dəmir Filiz” şirkətinin maliyyə nəticələri daha da pisləşib, zərəri 2,6 dəfə artıb
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır





























