ATMİA nümayəndələri İxaracatçılar Klubunun tədbirində iştirak ediblər
(®) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) İxaracatçılar Klubunun Azərbaycanın Xaricdəki Ticarət Evləri ilə bağlı tədbiri keçirilib.
Tədbirdə “Made in Azerbaijan” brendini dünayaya tanıtmaq, Azərbaycan məhsullarının xarici bazarlara çıxışını təmin etmək və ölkənin ixrac potensialını artırmaq məqsədilə yaradılmış və yaradılması planlaşdırılan Ticarət Evlərinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib və müzakirələr aparılıb.
Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib ki, Azərbaycan xaricdə ticarət evlərinin sayını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir. Onun sözlərinə görə, yaxın zamanlarda daha beş ölkədə ticarət evlərimiz açılacaq. Bu ölkələr Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Çin, Polşa və Qazaxıstandır. Nazir müavini artıq ticarət nümayəndələrimizin gördükləri işlərin real nəticələrinin olduğunu da vurğulayıb. O, qeyd edib ki, məhz Ticarət Evlərimizin fəaliyyətləri nəticəsində iş adamlarımız yeni bazarlara çıxıb, yeni alıcılar tapıblar. Cənab Məmmədov Çin Xalq Respublikasından bir sıra böyük şirkətlərin nümayəndələrinin bu yaxınlarda Azərbaycana səfərlərini xüsusi qeyd edib. Onun sözlərinə görə artıq yerli istehsalçılarla görüşlər təkil edilib və bu görüşlərin nəticəsində ilkin sifarişlər alınıb, müqavilələr bağlanıb.
Qeyd edək ki, tədbirdə Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) nümayəndələri də iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























