“Bank of Baku” və “Bakcell Ulduzum”la xaricə səyahət lotereyasının qalibləri seçiləcək!
Ölkənin aparıcı banklarından olan Bank of Baku-nun Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ilə birlikdə start verdiyi “Bank of Baku və Bakcell Ulduzumla xaricə səyahət” adlı stimullaşdırıcı tirajlı lotereyasının qaliblərinin seçiləcəyi tarix artıq məlumdur.
27 Avqust 2018-ci il tarixində saat 18:00-da lotereyanın qaliblərinin seçimi Bank of Baku-nun Baş Ofisində baş tutacaq.
Qaliblər avtomatik qaydada xüsusi kompüter proqramı vasitəsilə təsadüfi seçim əsasında təyin olunacaq.
Lotereyanın uduş fonduna daxil olan əsas hədiyyə Dubaya 1 nəfərlik səyahət paketindən ibarətdir. Səyahət paketinə Dubaya gediş-dönüş uçuş bileti, transfer xidməti, səyahət sığortası və oteldə 3 günlük istirahət daxildir. Lotereyanın ikinci əsas qalibi isə “iPhone” mobil telefonuna sahib olacaq.
Qeyd edək ki, lotereyanın keçirildiyi dövr ərzində Bank of Baku-nun xidmətlərindən faydalanan Bakcell abunəçiləri, lotereyada iştirak şansı ilə bərabər, həm də Bakcell-dən pulsuz danışıq dəqiqələri və internet paketi hədiyyə qazanıblar.
“Bank of Baku və Bakcell Ulduzumla xaricə səyahət” stimullaşdırıcı tirajlı lotereyanın şərtləri haqqında daha ətraflı məlumatla 145 Məlumat Mərkəzinə zəng etməklə, Bank of Baku-nun rəsmi veb səhifəsinə - www.bankofbaku.com və ya Bakcell Ulduzum programının rəsmi veb səhifəsinə - www.ulduzum.az daxil olmaqla tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 20 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Ən çox oxunanlar
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"






















