Dollar 14 ayın zirvəsində - "Məzənnə müharibələri" dünya miqyasına yayıla bilər
Yüksəlməkdə davam etdirən inflyasiya ABŞ Mərkəzi Bankının (Fed) faiz artırmaqda davam edəcəyi ehtimalını daha da gücləndirib. Buna bağlı olaraq dollar indeksi 14 ayın ən yüksək səviyyəsinə qalxıb.
"Marja" xəbər verir ki, Dolların, yüksək inkişaf etmiş ölkə valyutaları səbətinə qarşı dəyərini göstərən Dollar indeksi 96,78-ə qalxıb. Bu səviyyə, 28 İyun 2017-ci il tarixindən bu yana ən yüksək həddir. Dollar indeksi 2018-ci ilin əvvəlindən bu yana 5.05%, osn 5 gündə isə 2%-ə yaxın yüksəlib.
Bakı vaxtı ilə saat 07:30-a olan məlumata görə, Dollar Avro qarşısında daha 0,2% də möhkəmlənib və Avro/Dollar məzənnəsi 1.1326 səviyyəsinə düşüb.
ABŞ-da son zamanlar açıqlanan makroiqtisadi göstəricilər, iqtisadi vəziyyətin çox yaxşı olduğunu göstərir. İnflyasiyanın yüksəlişini davam etdirməsi, Fed-in faiz artırmaq və balansını azaltmaq addımlarını davam etdirəcəyi gözləntilərini dəstəkləyir.
İqtisadi göstəricilər ilə bərabər ticarət müharibəsinə dair bəyanatlar və siyasi proseslər də qlobal bazarlarda risk iştahanın azalmasına və ABŞ-ın pul vahidinə tələbatın artmasına səbəb olur.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Dollar indeksi, bu ilin aprel ayında 89 səviyyələrindən başladığı yüksəlişini təxminən 4 aydır davam etdirir.
Digər inkişaf etmiş ölkə valyutalarına qarşı dəyər qazanan dollar, qızıl və digər qiymətli metallar qarşısında da yüksəliş tendensiyasını saxlayır. Bu gün qızılın unsiyasının qiyməti 1191 dollarla 10 Mart 2017-dən bu yana ən aşağı səviyyəsinə geriləyib.
Analitiklər dollar indeksində artımın davam etməsi vəziyyətində ABŞ ilə Çin arasında ticarət müharibəsinin başqa bir mərhələyə keçə biləcəyini və "məzənnə müharibəsi"nin gündəmdə ilk yeri tutacağın qeyd edirlər.
Dolların bahalaşmasının ABŞ şirkətlərinin beynəlxalq ticarətdə rəqabət qabiliyyətini aşağı salacağına toxunan analitiklər, çox keçmədən "məzənnə müharibələrinin" dünya miqyasına yayıla biləcəyini vurğulayırlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 saat əvvəl
-
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti





















