1376 beynəlxalq sığorta müqaviləsi bağlanıb
Yanvar ayında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən 1376 beynəlxalq sığorta müqaviləsi bağlanılmışdır.
İcbari Sığorta Bürosunun yaydığı məlumata görə, bu müqavilələrdən 674 müqavilə Türkiyə və İran İslam Respublikasına, 634 müqavilə isə Rusiya, Moldova və Ukrayna Respublikasına, 68 müqavilə isə Yaşıl Kart Sisteminə daxil olan bütün ölkələrə səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olmuşdur.
Yanvar ayında beynəlxalq sığorta müqavilələri üzrə sığorta haqları 91 866 manat təşkil etmişdir. Yaşıl kart üzrə bağlanılan müqavilələrin 1078-i minik, 150-ü yük, 134-i qoşqu, 14-ü isə avtobus kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olmuşdur.
Məlumat üçün bildirək ki, hal-hazırda yaşıl kart sığorta növü üzrə 13 sığorta şirkəti ( “Atəşgah” Sığorta Şirkəti ASC, “Standard İnsurance” Sığorta Şirkəti ASC, “AtaSığorta” ASC, “Xalq Sığorta” ASC, “Paşa Sığorta” ASC, “AXA MBASK” Sığorta Şirkəti ASC, “AzSığorta” ASC, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti,“Meqa Sığorta” ASC, “İPƏK YOLU SIĞORTA” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Qala Sığorta” ASC, “Günay Sığorta” ASC) fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 4 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























