21 bankın qeyri-faiz xərcləri artıb
"Azərbaycan Beynəlxalq Bankı" (ABB) istisna olmaqla ölkədə fəaliyyət göstərən 29 bankdan 21-nin bu ilin yanvar-iyun aylarındakı qeyri-faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən çox olub.
Bunlar "Bank of Baku", "Günay Bank", "AFB Bank", "Rabitəbank", "Bank Silk Vey", "Muğan Bank", "Unibank", "Bank Respublika", "Ziraat Bank Azərbaycan", "Atabank", "Express Bank", "Azərbaycan Sənaye Bankı", "Xalq Bank", "Naxçıvan Bank", "NBC Bank", "Bank Avrasiya", "AGBank", "Nikoyl Bank", "PAŞA Bank", "Kapital Bank" və "Azər-Türk Bank"dır. Ən yüksək dinamika "Bank of Baku"da (3,3 dəfə), ən aşağı dinamika isə "Azər-Türk Bank"da (0,7%) qeydə alınıb.
8 bankın - "Bank VTB Azərbaycan", "Amrah Bank", İran Milli Bankının Bakı filialı, "Yapı Kredi Bank Azəbaycan", Pakistan Milli Bankının Bakı filialı, "Access Bank", "Turan Bank" və "Bank BTB"nin isə qeyri-faiz xərcləri azalıb. Ən çox azalma "Bank BTB"də (20,2%), ən az azalma isə "Bank VTB Azərbaycan"da (1,8%) qeydə alınıb.
ABB qeyri-faiz xərclərinin dinamikasını açıqlamayıb.
6 BANKIN QEYRİ-FAİZ XƏRCLƏRİ 20 MİLYON MANATDAN ÇOXDUR
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 6-nın qeyri-faiz xərcləri 20 milyon manatdan çox olub.
Bunlar "Kapital Bank" (75,441 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (54,902 milyon manat), "PAŞA Bank" (38,256 milyon manat), "Bank of Baku" (37,744 milyon manat), "Access Bank" (29,282 milyon manat) və "Unibank"dır (28,343 milyon manat).
Qalan 24 bankdan 11-də qeyri-faiz xərcləri 10-20 milyon manat arasında, 11 bankda 1-10 milyon manat arasında, 2 bankda 1 milyon manatdan azdır. Bunlar Pakistan Milli Bankının Bakı filialı (409 min manat) və İran Milli Bankının Bakı filialıdır (724 min manat).
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© "Renkinq"
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 14 saat əvvəl
-
- 17 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















