Beynəlxalq kart təşkilatının direktoru Mərkəzi Bankda olub
Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin birinci müavini Alim Quliyevin “Japan Credit Buro (JCB)” beynəlxalq kart təşkilatının Müstəqil Dövlətlər Birliyi üzrə baş direktoru Takaşi Sutsuqu və təşkilatın regional meneceri Oleq Korostlev ilə görüşü keçirilib.
AMB-nin mətbuat xidmətindən “Marja”ya verilən məlumata görə, görüş zamanı “JCB” beynəlxalq kart təşkilatı ilə AMB arasında birgə əməkdaşlıq imkanları, o cümlədən Azərbaycanda kart infrastrukturunun genişləndirilməsi və nağdsız hesablaşmaların artırılması üzrə strateji əməkdaşlıq istiqamətlərinə dair məsələlər müzakirə edilib.
A.Quliyev qonaqlara ölkədə yaradılmış Milli Ödəniş Sistemi infrastrukturu, ödəniş kartları bazarının cari vəziyyəti və inkişaf perspektivləri, habelə aparılan islahatlar haqqında məlumat verib.
T.Sutsuqu “JCB” təşkilatının 1961-ci ildən fəaliyyətə başladığını bildirib: “Hazırda dünya üzrə “JCB” brendli ödəniş kartlarının ümumi sayı 95 mln.-dan çoxdur. Bu ödəniş kartları dünyanın 21 ölkəsində emissiya edilir və 190 ölkəsində quraşdırılmış 32 mln.-dan çox ödəniş məntəqəsində qəbul edilir”.
Görüşdə həmçinin “JCB” beynəlxalq kart təşkilatının Azərbaycanın ödəniş kartları bazarının gələcək inkişafında rolu, ölkənin genişlənən turizm imkanlarının artdığı, beynəlxalq idman tədbirlərinə ev sahibliyi edildiyi bir şəraitdə Azərbaycana səfər edəcək xarici ölkə vətəndaşlarının JCB brendli ödəniş kartlarından istifadə imkanının yaradılması və həmçinin AMB tərəfindən həyata keçirilən islahatların icrasında yaxından iştirak istiqamətləri müzakirə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
17 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir









.jpg)








.jpg)
