15 bankın qeyri-faiz gəlirləri azalıb
"Azərbaycan Beynəlxalq Bankı" (ABB) istisna olmaqla ölkədə fəaliyyət göstərən 29 bankdan 10-nun bu ilin yanvar-iyun aylarındakı qeyri-faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən çox olub.
Bunlar İran Milli Bankının Bakı filialı, "Bank of Baku", "Muğan Bank", "Bank BTB", "Günay Bank", "Bank Silk Vey", "Ziraat Bank Azərbaycan", "Azər-Türk Bank", "Naxçıvan Bank" və "Kapital Bank"dır. Ən yüksək dinamika İran Milli Bankının Bakı filialında (58 dəfə), ən aşağı dinamika isə "Kapital Bank"da (10,6%) qeydə alınıb.
15 bankın - "AGBank", "AFB Bank", "NBC Bank", "Express Bank", "Bank Respublika", "Azərbaycan Sənaye Bankı", "Amrah Bank", "Turan Bank", "Atabank", "Xalq Bank", "Yapı Kredi Bank Azərbaycan", "Rabitəbank", "PAŞA Bank", "Bank Avrasiya" və Pakistan Milli Bankının Bakı filialının isə qeyri-faiz gəlirləri azalıb. Ən çox azalma Pakistan Milli Bankının Bakı filialında (90,9%), ən az azalma isə "AGBank"da (6,9% az) qeydə alınıb.
1 bankın - "Access Bank"ın isə qeyri-faiz zərəri 22,5%% artıb.
1 bank - "Bank VTB Azərbaycan" yalnız bu ilin I yarısında, 2 bank - "Nikoyl Bank" və "Unibank" isə yalnız ötən ilin ilk 6 ayında qeyri-faiz əməliyyatlarından zərər etdiyi üçün onların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.
ABB qeyri-faiz gəlirlərinin dinamikasını açıqlamayıb.
6 BANKDA 10 MİLYON MANATDAN ÇOXDUR
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 2-si qeyri-faiz əməliyyatlarından zərər edib.
Bunlar "Access Bank" və "Bank VTB Azərbaycan"dır. Adı çəkilən bankların qeyri-faiz zərəri müvafiq olaraq 5,358 milyon manat və 4,519 milyon manat olub.
Qalan 28 bank isə müxtəlif məbləğlərdə qeyri-faiz gəlirləri əldə edib. Onlardan 6-da sözügedən göstərici 10 milyon manatdan çoxdur. Həmin banklar "Kapital Bank" (70,565 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (52,489 milyon manat), "AGBank" (14,099 milyon manat), "PAŞA Bank" (13,162 milyon manat), "Bank Respublika" (11,469 milyon manat) və "Bank Silk Vey"dir (10,139 milyon manat).
Qalan 22 bankdan 5-də qeyri-faiz gəlirləri 5-10 milyon manat arasında, 14 bankda 1-5 milyon manat arasında, 3 bankda isə 1 milyon manatdan azdır.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© Renkinq
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 14 saat əvvəl
-
- 17 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















