Ukrayna şirkəti Azərbaycanda spirtli içki istehsalına başlayır
Cari həftə “Global Spirits” holdinqi (“Хортица”, “Shustoff”, “Мороша” brendləri) Azərbaycan və Belarusda spirtli içkilərin istehsalına başlayacaq. Bunu holdinqin sahibi Yevgeni Çernyak deyib.
“Avqustun 15-dən Belarusda istehsala başlayırıq, çünki bu perspektivli bazardır. Orada daxili rəqabət kifayət qədər yaxşı təşkil olunub, bizim bazar seqmentində hər şey düzgündür. Və fikrimcə, avqustun 10-da Azərbaycanda istehsala başlayırıq”, - Y.Çernyak Радио НВ-nin efirində bildirib.
Onun sözlərinə görə, şirkət “xarici bazarlara çıxmaq barədə qərarı ona görə qəbul edib ki, onlar daha stabildir, yüksək marja və biznes üçün daha düzgün oyun qaydalarına malikdir”. Xüsusilə, Polşada satışlar “çox yaxşıdır”, o cümlədən, Qazaxıstan və Pribaltika ölkələrində satış həcmləri artır.
Həmçinin “Global Spirits” Almaniya və Şimali Amerika, o cümlədən ABŞ və Kanadada fəaliyyət göstərir.
“Global Spirits” - spirtli içki istehsalı üzrə dünya lideri, şərqi Avropada ən iri beynəlxalq spirlin içki holdinqidir. Holdinqin məhsulları dünyanın 87-dən çox ölkəsinə ixrac olunur. Mərkəzi ofis Nyu-Yorkda (ABŞ) yerləşir.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
52 d. əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























