“Bank Respublika” bazarda yerini qoruya bilir - KREDİTLƏR VƏ FAİZ GƏLİRLƏRİ ARTIB
“Bank Respublika” ASC 2018-ci ilin birinci yarısını 638 min manat xalis mənfəətlə başa vurub. Halbuki Bank, 2017-ci ilin birinci yarısını 583 min manat zərər ilə bağlamışdı.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, “Bank Respublika”nın faiz gəlirləri 2018-ci ilin birinci yarısında 2017-ci ilin eyni dövrü ilə müqayisədə 11,7% artaraq 17 milyon 767 min manat təşkil edib. Bank 2017-ci ilin birinci yarısında 15 milyon 903 min manat faiz gəliri əldə etmişdi. Bankın qeyri-faiz gəlirləri isə 28% azalaraq 11 milyon 469 min manat olub. “Bank Respublika” 2017-ci ilin birinci yarısında 15 milyon 948 min manat qeyri-faiz gəlirlkəri əldə etmişdi.
GƏLİRLƏRİ XƏRCLƏRİNİ ARTIQLAMASI İLƏ BAĞLAYIR
Cəmi xərclər gəlirlərdən çıxıldıqdan sonra Bankın 2 milyon 809 min manat əməliyyat mənfəəti yaranıb. Ötən ilin birinci yarısında Bankın əməliyyat mənfəəti 4 milyon 759 min manat təşkil etmişdi.
EHTİYATLARA AYIRMALAR AZALIB
“Bank Respublika” 2018-ci ilin birinci yarısında aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 2 milyon 171 min manat da ayırıb. Nəticədə Bankın mənfəəti 638 min manata düşüb. Müqayisə üçün qeyd edək ki, Bank 2017-ci ilin birinci yarısında ehtiyatlara 5 milyon 342 min manat ayırmışdı.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
“Bank Respublika”nın müştərilərə verdiyi kreditlər 2018-ci ilin birinci yarısında 2017-ci ilin eyni dövrü ilə müqayisədə 14,4% artaraq 280 milyon 631 min manata çatıb. Son bir ildə Bankın aktivləri isə 779 milyon 396 min manatdan 858 milyon 777 min manata qalxıb.
ŞİRKƏTLƏRİN DEPOZİTLƏRİ ARTIB
“Bank Respublika”da hüquqi şəxslərin depozitləri 2018-ci ilin birinci yarısında 2017-ci ilin eyni dövrü ilə müqayisədə 52,2% artaraq 416 milyon 191 min manata çatıb. 30 İyun 2017-ci il tarixində hüquqi şəxslərin depozitləri 273 milyon 432 min manat idi. Fiziki şəxslərin depozitləri isə 0,6% azalaraq 195 milyon 833 min manata düşüb.
YENİ STRATEGİYA HƏYATA KEÇİRİR
“2018-ci ilin ikinci rübünün yekunları üzrə əldə etdiyimiz pozitiv göstəricilər – təsdiq etdiyimiz inkişaf strategiyasının mərhələli şəkildə həyata keçirilməsinin nəticəsidir. Bu nəticələr müştərilərimizin maliyyə ehtiyaclarını maksimal şəkildə təmin etməyə və biznesi maliyyələşdirən aparıcı təşkilat kimi Bankın bazardakı mövqeyini möhkəmləndirməyə imkan verəcək” – deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Asəf Namazov qeyd edib.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 7 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
8 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)






.jpg)










.jpg)

