Azərbaycan və Böyük Britaniya şirkətləri "Turan" adlı birgə müəssisə yaratdı
"SOCAR AQŞ" və Böyük Britaniyanın “KCA Deutag” şirkəti birgə müəssisə təsis edib.
Bununla bağlı bu gün "SOCAR AQŞ" və “KCA Deutag” arasında müqavilə imzalanıb.
Yeni birgə müəssisə "Turan" Qazma və Mühəndislik şirkəti adlanır.
Mərasimdə çıxış edən "SOCAR AQŞ"nin baş direktoru Ramin İsayev qeyd edib ki, şirkət 2008-ci ildə qazma əməliyyatlarına başlayıb və bir çox ilklərə imza atıb, nailiyyyətlər qazanıb. O bu gün müəssisənin yaradılmasına dair müqavilənin imzalanmasının Azərbaycanın neft-qaz sənayesi tarixində çox əlamətdar hadisə olduğunu bildirib." Bu gün əsası qoyulan birgə müəssisə "SOCAR AQŞ" və "KCA Deutag" şirkətlərinin səriştə və təcrübəsini özündə birləşdirən,bütün qabaqcıl beynəlxalq standartlara tam uyğun olaraq fəaliyyət göstərən Azərbaycan müəssisəsi olacaq. Sifarişçilərinə ən müasir qazma və mühəndislik xidmətlərini təqdim edəcək bu müəssisə yerli və regional qazma sənayesinin inkişafında çox ciddi rol oynayacaq".
"KCA Deutag" şirkətinin baş icraçı direkoru Noori Makkey bildirib ki, bu birgə müəssisə yeni imkanlar yaradacaq:"Bu birgə müəssisə həm də Azərbaycandan kənarda,Xəzəryanı bölgələrdə biznes imkanlarını araşdıracaq"
SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə yeni yaradılan birgə müəssisəyə uğurlar arzulayaraq hər iki şirkətin köməyi ilə işlərin daha da uğurlu olacağına inandığını vurğulayıb.
Qeyd edək ki, “KCA Deutag” şirkəti 1995-ci ildən Azərbaycanda fəaliyyət göstərir.
“SOCAR AQŞ” MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.
Müəssisə, 2009-cu ildən etibarən Qazma Podratçılarının Beynəlxalq Assosiasiyasının (IADC) üzvüdür. "SOCAR AQŞ" dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi, kəmər endirmə xidmətləri, atqıya qarşı avadanlıqların və quyuağzı avadanlıqların təmiri və sınağı xidmətlərinin göstərilməsi üçün ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılıb. Bundan başqa, 2017-ci ildə "SOCAR AQŞ" dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə “API Spec Q2” keyfiyyət idarəetmə sisteminin tələblərinə əsasən sertifikat alıb.
Müştərilərin xəbərləri
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
-
8 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının yeni məbləğini açıqladı
-
-
19 d. əvvəl
Tesla şirkəti Model Y-nin yeni versiyasını təqdim etdi: qiyməti məlum oldu
-
27 d. əvvəl
“Aztelekom” avadanlıqlarını “Huawei” ilə yeniləməyə başlayıb
- 35 d. əvvəl
- 46 d. əvvəl
- 51 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rusiya alimləri kimyaterapiya olmadan xərçəngin müalicəsi üzərində işləyirlər”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının yeni məbləğini açıqladı
Azərbaycan neftinin son qiyməti
“CibPay” nizamnamə kapitalını artırdığı vəsaiti geri çəkdi
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Ən çox oxunanlar
Bank 7.8%-lə 5 milyon dollar borc alır
Rəsmi məzənnələr açıqlandı
Almanlar daha az pivə içməyə başlayıblar – Almaniyada satışlar rekord aşağı səviyyəyə düşüb
Trampdan İrana “əgər razılaşa bilməsək, pis şeylər olacaq” mesajı
Qızıl, itkilərin bir hissəsini geri alaraq yenidən bahalaşıb
Bakıda daha bir "Pizza Hut" restoranı açılacaq
























