Palata bank sektorundakı son vəziyyəti açıqladı - RƏQƏMLƏR
30 iyun 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 27 milyard 991 milyon manat, kredit potfeli 11 milyard 712 milyon manat, cəmi öhdəlikləri isə 24 milyard 87 milyon manat təşkil edib. Sektorun balans kapitalı 3 milyard 904 milyon manat, əhalinin əmanətləri isə 8 milyard 19 milyon manat olub. 2018-ci ilin ilk yarımilliyində bank sektorunun aktivləri 0.2% (70 milyon manat), balans kapitalı isə 5.2% (195 milyon manat) artıb.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Platasının yaydığı məlumatda bildirilir.
Bank sektorunda maliyyə vasitəçiliyinin artması müşahidə olunur. Belə ki, cari ilin ilk yarımilliyində kredit portfeli 3.3% və ya 375 milyon manat (iyun ayı üzrə 1.4%, 160 milyon manat), fiziki şəxslərin cəmi depozitləri 6.3% və ya 477 milyon manat (iyun ayı üzrə 2.9%, 227 milyon manat) artıb. Daha sabit maliyyələşmə mənbəyi hesab olunan əhalinin müddətli əmanətləri hesabat dövrü ərzində 9.7% və ya 505 milyon manat (iyun ayı üzrə 2.7%, 148 milyon manat) artıb.
Bank sektoru cari ilin ilk yarımilliyində 309 milyon manat əməliyyat mənfəəti generasiya edib. Bundan aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyata ayırmalar 258 milyon manat təşkil edib. Nəticədə, sektor cari ilin 6 ayında 36 milyon manat xalis mənfəət əldə edib.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2 481 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti cari ilin 6 ayı ərzində 3.5% və ya 566 nəfər (iyun ayı üzrə 0.5%, 75 nəfər) artaraq 16 737 nəfər təşkil edib.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
- 10 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















