Beynəlxalq Bankdan media nümayəndələri üçün qeyri-adi təlim
(®) Ənənələrə sadiq qalan Azərbaycan Beynəlxalq Bankı milli mətbuatımızın 143-cü ildönümü münasibətilə media nümayəndələrini yeni və maraqlı bir formatda bir araya gətirib.
Bank jurnalistlər, bloggerlər, jurnalist-tələbələr üçün “Jurnalistikada kommunikasiya effekti: ünsiyyətdən həmrəyliyə” mövzusunda təlim təşkil edib. Amma ənənəvi təlimlərdən fərqli olaraq media mənsubları bu dəfə hər hansı nəzəri mühazirə dinləməyiblər. Komanda şəklində yerinə yetirilən tapşırıqlar, qurulan strategiyalar və verilən birgə qərarlarla kommunikasiya proseslərinin birbaşa iştirakçısına çevriliblər.
Təlimi Azərbaycanın biznes məkanında kifayət qədər tanınmış - təlim, fərdi inkişaf və komanda quruculuğu üzrə korporativ məsləhətçi, Lego SP, Avropa Şurasının insan kapitalı eksperti Marina Daliba aparıb. Belə bir təlimin təşkilində məqsəd media nümayəndələri arasında əlaqələri, həmrəylik ruhunu gücləndirmək, onları komanda quruculuğu, kommunikasiya sahəsində yeni təcrübələrlə tanış etmək olub. Təlimə müxtəlif televiziya və radio qurumlarından, informasiya agentliklərindən, qəzetlərdən, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsindən, eləcə də fərdi jurnalistlər və bloggerlər arasından 60-dan çox iştirakçı qatılıb.
Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentinin direktoru Nigar Tahirova isə deyib: “Məqsədimiz media nümayəndələrimiz üçün faydalı olmaq, onların fərdi inkişafına, eyni zamanda peşə həmrəyliyinə töhfə verməkdir. Təlimdə iştirak edən qonaqlarımız ümid edirik ki, maraqlı təcrübələrlə yanaşı, yeni dostluqlar da qazandılar. Azərbaycan Beynəlxalq Bankı olaraq bu cür tədbirləri yenə davam etdirmək niyyətindəyik”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























