Son 6 ayda 82,9 min nəfərə yeni fərdi şəxsi hesab açılıb
Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 3 649 637 nəfərə çatıb
Cari ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 82892 nəfərə fərdi şəxsi hesab açılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Marja”ya daxil olmuş məlumata görə, həmin şəxslərin hər birinə uçota alındıqlarını və onlar üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilərək təqdim olunub.
Fərdi şəxsi hesablarda sığortaolunanların gələcək pensiya təminatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm məlumatlar və ödənilən sosial sığorta haqları hesabına pensiya kapitalı toplanır. Hər bir sığortaolunan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti vasitəsilə real vaxt rejimində fərdi şəxsi hesablarında yığılmış pensiya kapitalı barədə məlumat əldə edə bilər.
01 iyul 2018-ci il tarixə Fondun fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 152 959 nəfər və ya 4,4 faiz artaraq 3 649 637 nəfərə çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
16 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















