“Rusiya qazı CQD üçün qaz mənbələrindən biri ola bilər”
SOCAR şirkətinin (ARDNŞ) marketinq ve iqtisadi əməliyyatlar uzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov Rusiya qazının gələcəkdə “Cənub Qaz Dəhlizi” sisteminə vurulması məqsədilə mənbələrdən birinə çevrilməsi ehtimalını istisna etmir.
“Biz dəfələrlə bu barədə söz açmışıq, “Cənub Qaz Dəhlizi” sisteminə Azərbaycandan başqa və ya onunla bərabər yeni mənbələrdən qaz cəlb etməyə dair marağın olduğunu təsdiq edirəm. Yeni potensial mənbələrdən CQD-yə qazın vurulması imkanları mövcuddur. Bu, Yaxın Şərq, Mərkəzi Asiya və ya Şərqi Aralıq dəniz regionları ola bilər. Bu, Rusiya qazı da ola bilər. Bu mənada heç bir istisna və ya ayrı-seçkilik etmirik, bütün qaz istehsalçıları və sahibləri ilə işləməyə hazırıq”, - V.Bəylərbəyov “Moskva-Baku” internet portalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu cür əməkdaşlığın inkişafı üçün tədarükçü “qanuni və bu sistemin istifadəsində maraqlı olmalıdır”.
O cümlədən, V.Bəylərbəyov məlumat verib ki, ilk növbədə CQD üçün yeni qaz mənbələri qismində “Şahdəniz” yatağından əlavə Azərbaycanın özünün imkanlarına baxılır. “Hasilata hazırlıq mərhələsində olan “Abşeron” yatağı, “Ümid” yatağının işlənməsinin gələcəkdə genişləndirilməsi və hələlik iri işlərin aparılmadığı “Babək” yatağının onunla birləşdirilməsi layihəsinə dair ideyalar var. Onların hər biri, çox güman ki, CQD üçün nəzərdə tutulan Azərbaycandan gələcək qaz mənbələrinə çevriləcək”, - V.Bəylərbəyov vurğulayıb.
O həmçinin bidlirib ki, TANAP qaz kəmərinin ilk mərhələsinin vaxtında istifadəyə verilməsi və bu boru kəməri ilə kommersiya qazının tədarükünə başlanması CQD-nin qalan komponentlərinin vaxtında hazır olacağına şübhə yaratmır. “Layihə mliyyələşdirilir və CQD-nin hər konkret elementinə dair səhmdarlar tərəfindən üzərlərinə götürülən öhdəliklərə uyğun olaraq maliyyələşdiriləcək. Heç şübhəmiz yoxdur ki, bütün xarici borclar banklar və maliyyə institutları ilə razılıqlara əsasən tam həcmdə və vaxtında ayrılacaq. Planlaşdırdığımız kimi, 2020-ci ildə Yunanıstan, Bolqarıstan və İtaliyada bizim qazın istehlakçıları onu müəyyən olunan zaman və tam həcmdə alacaqlar”, - V.Bəylərbəyov qeyd edib.
29 may 2018-ci il tarixində Azərbaycan prezidenti İlham Əliyev “Cənub Qaz Dəhlizi”ni istifadəyə verib. CQD Azərbaycan qazının Avropaya tədarükü üçün infrastrukturun yaradılmasını nəzərdə tutur.
Layihə $40 mlrd.-dan artıq məbləğdə qiymətləndirilir.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















