"Nə qədər çox danışsanız, o qədər az nəzarət sahibi olarsınız"
Üç min ildən çoxdur ki, bəzi insanlar hakimiyyətə gəlir, digərləri isə onu izləyir. Bəs bunun səbəbi nədir? Necə olur ki, bəzi insanlar hakimiyyət oyununda “anadangəlmə professional” olur, digərləri isə yox? Hakimiyyəti əldə etməyin hansı qanunları var?
Bu kimi suallara strategiya və hakimiyyət mövzularında kitabların müəllifi Robert Qrin “Hakimiyyətin 48 Qanunu” adlı məhşur kitabında cavab verir. Biz də www.readit.az komandası olaraq, həmin kitabın qısa məzmununu sizə təqdim edirik. Qeyd olunmalıdır ki, orijinalda 452 səhifə olmasına baxmayaraq qısa məzmunu 18 səhifədən ibarətdir.
Qısa məzmuna keçid => “Hakimiyyətin 48 Qanunu”.
Müəllif bu kitabı uzun müddətli tədqiqat və müşahidələrdən sonra yazıb. İlk nəzərdə, hakimiyyətdən çox pisliyin qanunlarından bəhs edirmiş kimi görünsə də, əslində onların heç biri qeyri-qanuni deyil.
Müəllif kitabda tarixdəki ən məhşur strateqlərin, dövlət xadimlərinin, saray əhlinin və fırıldaqçıların taktikalarını birləşdirir. Yuxarıda da qeyd etdiyimiz kimi, bu taktikalar əksər hallarda yaxşılığı deyil, pisliyi əhatə edir.
Robert Qrinin müəyyənləşdirdiyi bu qanunlar hakimiyyət və güc sahəsində peşəkarlaşan mütəxəsislərin yazılarına əsaslanır. Həmin qanunlardan bəzilərinin 3 min ildən çox tarixi var. Qədim Çin və İntibah İtaliyası kimi bir-birindən qəti şəkildə fərqlənən sivilizasiyalarda tətbiq olmasına baxmayaraq, müəyyən ümumi fikirləri ifadə edirlər.
Bəzi tənqidçilər tərəfindən “pisliyin kitabı” kimi adlandırılan bu kitabda “düşmənlərinizi tamamilə darmadağın edin”, “insanların zəif tərəflərini tapın”, “dost kimi görünün, casus kimi işləyin” və s. kimi tövsiyələrə yer verilib. Bir çoxumuzun vaxtaşırı şüurlu və şüursuz şəkildə tətbiq etdiyimiz bu metodlar xüsusilə biznes həyatında “hakimiyyəti” ələ keçirmək istəyən insanlar üçün faydalı olur. Kitabı eyni kateqoriyadan olan kitablardan fərqləndirən digər bir cəhət isə burada, “komanda işi”, “pozitiv düşüncə” kimi üsullardan söhbət açılmır.
Məqaləmizdə sizə bir çoxları tərəfindən xüsusilə yüksək qiymətləndirilən bir neçə qanun haqqında qısa məlumat verəcəyik. Bütün qanunlar haqqında isə saytımızdakı qısa məzmundan oxuya bilərsiniz.
4-cü Qanun: Həmişə lazım olduğundan daha az danışın.
İnsanlara sözlərlə təsir etməyə çalışırsınızsa, nə qədər çox danışsanız, o qədər az nəzarət sahibi olarsınız. Qeyri-adi bir şey haqqında danışmasanız belə qeyri-müəyyən, açıq və sirli bir şəkildə danışdıqda söhbətiniz orijinal görünəcək. Güclü insanlar daha az danışaraq ətrafındakılara təsir edir və yaxud onları qorxudur. Çünki nə qədər çox danışsanız, mənasız bir fikir söyləmə ehtimalınız da o qədər artar.
Həmçinin, rəhbərinizdən əvvəl dodaqlarınızı belə tərpətməyin. Unutmayın, sonuncu danışan qazanır.
Güc bir çox cəhətdən zahiri görünüşlə əlaqələndirildiyi üçün az danışdıqda fəaliyyətinizdən asılı olmayaraq olduğunuzdan daha güclü görünürsünüz. Səssizliyiniz insanları narahat edir, çünki onlar şərh və izahat gözləyirlər; nə düşündüyünüzü bilmək istəyirlər. Əgər danışdıqlarınıza diqqət etsəniz, niyyətlərinizi və fikirlərinizi öyrənə bilməyəcəklər. Sizin qısa cavablarınız və susqunluğunuz onların səhvlər etməsinə və öz zəifliklərini göstərməsinə səbəb olacaq.
Bütün bunlarla yanaşı, sakit qalmağın əleyhinizə olduğu vaxtlar da mövcuddur. Bu hal rəhbərlərinizi şübhələndirə və sizə olan inamlarını azalda bilər.
Siz həmçinin, strategiya və liderlik mövzusunda olan digər maraqlı kitabların qısa məzmunlarını oxumaq üçün də saytımıza keçid edə bilərsiniz.
Müştərilərin xəbərləri
Azercell “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” çərçivəsində yeni sosial layihəsini təqdim edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
8 saat əvvəl
Əli Hacızadə “BEST OF CITY AWARDS 2025”də “İlin PR Mütəxəssisi” seçildi
-
10 saat əvvəl
SOCAR-ın prezidenti “ITOCHU”nun direktoru ilə görüşüb, əməkdaşlıq imkanları nəzərdən keçirilib
-
11 saat əvvəl
Mikayıl Cabbarov Pakistanda görüşlər keçirib, müzakirələr aparıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Gürcüstan 20 gündür Azərbaycan “TIR”larını gömrükdən buraxmır
-
11 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək, idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
PULLU adam olmaq üçün ilk addımını at
İllik faiz dərəcəsinə 3%-dək endirim – EXPRESSBANK
Bankda növbədənkənar yığıncaq keçiriləcək, idarəetmə orqanlarına dair məsələlər müzakirə ediləcək
BOKT istiqraz buraxışılı yolu ilə 2 milyon manat cəlb edir
Bank Babək prospektində filialını açdı
Xalq Bank qiymətli metallar üzrə yeni xidmətləri istifadəyə verdi
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Alibaba-nın gəlirləri süni intellekt və bulud texnologiyasının təsiri ilə proqnozları üstələyib
Avropada Tesla-nın satışı 10 aydır azalır, bazar payını itirir - 50 FAİZƏ YAXIN GERİLƏMƏ
Birbank kartları ilə ödəniş See Breeze-də mənzil qazandırır
Dövlət Vergi Xidmətinin Aparatının strukturuna daxil olan bölmələrin sayı artırılıb



















.jpg)




