“AtaBank” gələcəyini indidən düşünür
“AtaBank” ASC-nin dəstəyi ilə təşkil edilmiş “Gələcəyimizi indidən düşünək” layihəsi çərçivəsində, 11 saylı internat məktəbinin şagirdləri bankın Azadlıq pr. 124, ünvanında yerləşən “Dostluq” filialına dəvət edilib.
Bankın yaydığı məlumata görə, keçirilən görüş zamanı “AtaBank”-ın Marketinq və Kommunikasiyalar Departamentinin əməkdaşları şagirdləri ümumi bank işi ilə tanış edərək, onlara bankın müxtəlif şöbə və departamentlərinin gördüyü işlər, bankın müştərilərinə göstərdiyi xidmətlər barəsində geniş məlumat veriblər.
Departamentin direktoru Oruc İbrahimov şagirdlərlə görüş keçirərək onları maraqlandıran suallara cavab verib, təhsilin insan həyatında oynadığı böyük roldan, bütün çətinliklərə baxmayaraq hər bir insanın öz üzərində daim işləyərək nail ola biləcəyi hədəflərdən danışıb və bir neçə ildən sonra bank sahəsində işləmək arzusunda olan şagirdlərlə eyni bankda çalışacağına inandığını qeyd edib. Oruc İbrahimov AtaBank-ın daim sosial layihələrə önəm verdiyini, bu kimi layihələrə dəstək olmağından qürur duyduğunu xüsusi ilə vurğulayıb.
Qeyd etmək istərdik ki, layihə çərçivəsində İyul ayının əvvəlində yekun tədbiri keçiriləcək və burada 11 Nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbinin şagirdləri ilə birgə hazırlanan qısametrajlı filmin nümayişi olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























