"Bank of Baku"nun dəstəyilə keçirilən müsabiqınin qalibləri mükafatlandırıldı!
28 iyun 2018-ci il tarixində, “Bank of Baku” və “Azərbaycan müəllimi” qəzetinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin müəllimləri arasında elan edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti və Təhsil” mövzusunda inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi baş tutdu.
Tədbirdə Təhsil Nazirinin müavini Firudin Qurbanov, Bank of Baku ASC-nin İdarə Heyətinin Sədri Eldar Həmidov, münsiflər heyətinin üzvləri, qaliblər və KİV nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, yazı müsabiqəsinin keçirilməsində məqsəd Azərbaycan Xalq Cümhuriyyətinin əldə etdiyi uğurlar, Azərbaycanın dövlətçilik və müstəqillik tarixində oynadığı müstəsna rol, həyata keçirilən böyük islahatları göstərməkdir. Müsabiqənin Azərbaycan Xalq Cümhuriyyətinin təhsil sahəsindəki fəaliyyətinə həsr olunduğunu qeyd edən nazir müavini tədbirin ilk müstəqil respublikamızın bu sahədə atdığı addımların öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayaraq, qaliblərə təbrikini çatdırıb.
“Bank of Baku”nun İdarə Heyətinin sədri Eldar Həmidov Cümhuriyyət dəyərlərinin öyrənilməsi və təbliğ olunması baxımından müsabiqənin əhəmiyyətindən danışıb, qalibləri təbrik edib, Bankın Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində icra etdiyi onlarla layihələr arasında bu layihənin xüsusi yer tutduğunu, cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bank rəsmisi qurumun sosial yönümlü layihələrə hər zaman həvəslə maliyyə dəstəyi verdiyini də xüsusilə diqqətə çatdırıb.
Qeyd edək ki, yazıların təqdim edilməsi üçün ayrılmış bir ay müddətində Təşkilat Komitəsinə 305 yazı daxil olub. Müsabiqəyə 47 şəhər və rayonun müəllimləri qatılıb. Seçimin nəticələrinə əsasən iki yazı I, iki yazı II, üç yazı III yerlərə layiq görülüb, 7 yazı həvəsləndirici mükafat alıb.
Tədbirin yekununda qaliblərə və münsiflər heyətinə “Bank of Baku”, “Təhsil Nazirliyi” və “Azərbaycan müəllimi” qəzeti tərəfindən diplom və pul mükafatı təqdim olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















