"Rabitəbank" dizaynerlər arasında müsabiqənin qaliblərini elan etdi!
"Rabitəbank" Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibəti ilə “Azərbaycan tarixi” mövzusunda dizaynerlər arasında müsabiqənin qaliblərini elan etdi.
Xatırladaq ki, may ayının 28-dək davam edən müsabiqədə həvəskar və peşəkar dizaynerlər ölkəmizin tarixini əks etdirəcək mövzuda plastik kart dizayn edərək təqdim etmişdirlər.
MasterCard Azərbaycanın dəstəyi ilə ərsəyə gəlmiş müsabiqədə mükafat fondu 3000 AZN təşkil edirdi.
Qaliblər “Like”, “Pro” və “Master” nominasiyaları üzrə Facebook istifaçiləri və peşəkar münsiflər heyəti tərəfindən seçilmişdirlər.
“Like” nominasiyası üzrə qalib "Rabitəbank"ın rəsmi facebook səhifəsində ən çox “bəyən” sayı toplayan - Sərxan Surxayev, “Pro” nominasiyası üzrə qalib – Rəşid Allahquluyev, müsabiqənin münsif heyəti tərəfindən seçilmidir, “Master” nominasiyası üzrə qalib - Zakir Mustafayev “MasterCard”-ın Azərbaycan nümayəndəliyi və Rabitəbank tərəfindən müəyyən edilmişdir.
Münsiflər heyəti qismində JİS Reklam agentliyinin rəhbəri Ceyhun İmanov, məhşur fotoqraf, ”My Azerbaijan” layihəsinin təsisçisi Orxan Aslanov və "Rabitəbank"ın Marketinq departamentin direktoru Elmir Əliyev çıxış etmişdirlər.
"Rabitəbank"ın Baş ofisində baş tutmuş mükafatlandırılma mərasimi zamanı Bankın İdarə Heyətinin sədri Elçin Qədimov qaliblərə bu müsabiqəyə yaradıcı yanaşdıqlarına və fəal iştirak etdiklərinə görə dərin təşəkkürünü bildirmiş, onlara 1000 AZN balanslı MasterCard Black Edition pul mükafatını və digər dəyərli hədiyyələri təqdim etmişdir.
Xatırladaq ki, “Rabitəbank”ın müştərilərinə təqdim etdiyi çoxşaxəli bank xidmətləri sırasında dünyanın 190-dək ölkəsinə təcili pul köçürmələri, münasib tariflərlə hesablaşma - kassa əməliyyatları, etibarlı gəlir mənbəyi kimi müxtəlif növ əmanətlər, milli valyutada təqdim olunan nağd pul və kiçik/orta sahibkarlığının inkişafına xidmət edən biznes kreditlərini göstərmək olar.
25 illik bank tarixinə sahib “Rabitəbank” ölkənin ən iri banklarından biri kimi 25 satış nöqtəsi, 60-dək ATM-ləri ilə müştərilərin xidmətindədir. Bankın xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat üçün 133 Məlumat mərkəzinə zəng edə və ya suallarınızı onlayn qaydada http://bit.do/RabitaFB bankın rəsmi “Facebook” səhifəsinə yönləndirə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















