AMB-nin açıqlamaları diqqət mərkəzində - GÜNƏ BAXIŞ
Bu gün Avropa Mərkəzi Bankının istiqraz alışı siyasəti ilə bağlı gələcəyə dair açıqlamaları avronun gələcək istiqaməti üçün önəmli olacaqdır.
Dünya valyuta birjalarında Amerika Mərkəzi Bankının çıxışından sonra dolların aparıcı valyutalara nisbətən orta qiymətində ucuzlaşma müşahidə edilib. Bu gün isə investorların diqqəti Avropa Mərkəzi Bankının açıqlamalarına yönəlib.
AMB mətbuat konfransında istiqraz alışı proqramının uzadılması ilə bağlı hər hansı bir fikir bildirərsə və ya gələcək siyasətə dair bu dəfə də qeyri-müəyyənlik nümayiş etdirərsə, bu, avronun 1.14$ istiqamətində 3% ucuzlaşmasına təsir edə bilər.
Əks təqdirdə, yəni istiqraz alışı proqramının sentyabr ayında dayandırılması dilə gətirilərsə, bununla bağlı gözləntilər gücləndirilərsə və ya hər hansı bir pozitiv siqnal verilərsə, bu, alternativ olaraq avronun 1.19-1.20$-a kimi bahalaşmasına səbəb ola bilər.
Avro 1.18$, Funt 1.34$-a ticarət edilir.
Dünya valyuta birjalarında EUR/USD məzənnəsi 1.18$, GBP/USD məzənnəsi isə 1.34$ ətrafında ticarət edilir. GBP/USD məzənnəsi də təzyiq altındadır. Təhlillərə əsasən, GBP/USD valyuta cütlüyünün qiyməti 1.3344$-ı aşağı istiqamətdə qırarsa, 1.3300 və 1.3256$-a kimi də dəyər itirə bilər.
USD/TRY: 4.69TL-ə kimi bahalaşdıqdan sonra ucuzlaşdı.
Türkiyə maliyyə bazarlarında da USD/TRY məzənnəsi 4.69TL-ə kimi bahalaşdıqdan sonra 4.66TL-ə kimi ucuzlaşıb.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 15 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
























