500 manat borc al, 1 ay sonra 600 manat qaytar- YENİ MƏHSUL
"KredAqro" Bank Olmayan Kredit Təşkilatı (BOKT) onlayn kredit verilməsi üzrə ixtisaslaşmış məhsulunu təqdim edib. Məhsulun adı "Tezkredit"dir.
"Tezkredit.az" istifadəçilərə 7/24 rejimdə 100 manatdan 500 manatadək məbləğdə kredit üçün onlayn şəkildə müraciət etmək imkanı yaradır. 20-60 yaş aralığındakı hər kəs bu kredit məhsulundan yararlana bilər.
"Gözlənilməz xərcləriniz üçün ayın sonunu və ya maaş gününü gözləmədən sadəcə istədiyiniz kredit məbləği və ödəmə müddətini seçməklə asan və tez şəkildə kredit müraciəti edə bilərsiniz",- təşkilatın məlumatında deyilir.
Təşkilatın mütəxəssisləri müraciəti dəyərləndirir və minimal sənədləşmə prosesindən keçdikdən sonra kredit müraciət edənin hesabınıa göndərilir.
Faiz dərəcəsi müddətdən asılı olaraq dəyişir – 7%-dən 20%-dək, məsələn, əgər siz 5 gün üçün 100 AZN üçün müraciət edirsinizsə, 107 AZN qaytarmalısınız. Əgər 30 gün üçün 200 AZN üçün müraciət edirsinizsə, 240 AZN qaytarmalısınız. 500 AZN-ə görə faiz isə 100 AZN təşkil edir, yəni 1 ay sonra geri 600 AZN ödəyəcəksiniz. Kredit üçün heç bir zamin tələb olunmur, zəmanətsiz kreditlər verilir. Qeyd edək ki, ilk dəfə müraciət edən müştəriyə maksimum 250 manayt kredit atyrılır. Növbəti müraciətlərdə məbləğ artırılır.
Kreditin müddəti maksimum 1 aydır. Lakin kreditin ödəniş müddətinin uzadılması da mümkündür. Bunun üçün əlavə xərciniz çıxacaq.
Kredit verilmə qaydası belədir: Tezkredit.az vebsəhifə əsaslı kalkulyatorda arzu olunan müddət və məbləğ seçilir, qeydiyyat sahələri doldurulur. Təqdim olunan məlumatları təsdiq etdikdən sonra Müqavilə ilə vebsəhifədə göstərilən yerə daxil etməli olacağınız Kredit Təsdiqi SMS kodunu alacaqsınız.
Sonra görməli olacağınız iş təsdiq olunan Bank bildirişi və ya DSMF qeydini göndərmək və bir dəfəlik müqaviləni imza etmək üçün təşkilatın ofisinə getməkdir.
Əgər "KredAqro"nun əməkdaşlıq etdiyi banklardan birində hesabınız varsa, 15 dəqiqə ərzində pulu alacaqsınız, lakin əgər sizin hesabınız başqa bankdadırsa, bu daha uzun çəkəcək.
Kreditin qaytarılması onun ödənişindən daha sürətlidir – siz "Tezkredit"in kreditinizi internet bankçılığı və ya bank filialı vasitəsilə təşkilatın bank hesablarının birinə ödəyə bilərsiniz
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 20 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır


















