“Qala Sığorta” daha bir rayonda nümayəndəliyini açdı
Müştərilərin daim rahatlığını düşünən “Qala Sığorta” regionlarda nümayəndəlik şəbəkəsinin genişləndirilməsi istiqamətində apardığı işləri davam etdirir.
Şirkət bu dəfə Tovuz rayonu Həzi Aslanov küçəsində yerləşən nümayəndəliyinin rəsmi açılışını edib.
Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən "Marja"ya verilən məlumata görə, “Qala Sığorta” Tovuz rayonunda öz nümayəndəliyi ilə təmsil olunmaqla qərb regionunda yerləşən əhaliyə həyat və qeyri-həyat sığortası məhsullarından yararlanma imkanını daha da asanlaşdırır.
“Qala Sığorta” şirkətinin İdarə Heyətinin sədr müavini Taleh Yunsurov bildirib ki, Tovuz rayonu ölkəmizin digər rayonları kimi əhalinin daha sıx məskunlaşan rayonlarından biridir. Məhz bu baxımdan da, şirkətin inkişaf strategiyasının tərkib hissəsinə uyğun şəkildə bu bölgədə təmsil olunmaq qərarını verdik: “Artıq bu bölgədə yaşayan əhali öz evlərini, avtomobillərini hətta öz həyatlarını belə rahat və operativ şəkildə sığortalaya biləcəklər. Məqsədimiz aqressiv satış taktikasını tətbiq etmək deyil. Biz bölgələrdə öz nümayəndəliyimizi açmaqla eyni zamanda əhalini maarifləndirir, onların sığorta sahəsində bilik və bacarıqlarının artırılmasına dəstək oluruq. Ümumiyyətlə, bu açılışları bir növ şirkətin sosial məsuliyyəti kimi dəyərləndirirəm”.
T.Yunsurov qeyd edib ki, vətəndaşların sığortadan rahat şəkildə yararlanması şirkətin prioriet hədəflərindən biridir. “Məqsədimiz ölkənin bütün regionlarında təmsil olunmaqla vətəndaşlarımıza həyat və qeyri-həyat sığortası məhsulları üzrə keyfiyyətli və operativ xidmətlər göstərmək,baş vermiş sığorta hadisələrinin effektiv şəkildə tənzimlənməsini təmin etməkdir. İlin əvvəlindən indiyədək Lənkəran, Gəncə və Sumqayıt nümayəndəlyimizin rəsmi açılışları olub. 2018-ci ilin büdcə planlamasına uyğun olaraq, yaxın vaxtlarda daha 2 nümayəndəliyin açılışı nəzərdə tutulub”, - deyə T.Yunsurov vurğulayıb.
Xatırladaq ki, “Qala Sığorta” şirkəti 30 sentyabr 2015-ci il tarixindən fəaliyyət göstərir. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.
Şirkət müştərilərinə baş ofis və 8 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.
Üç illik fəaliyyət tarixi olmasına baxmayaraq şirkət sığorta bazarında dayanıqlı mövqe tutmuş və fəaliyyəti ərzində müştərilərin inamını doğrultmuşdur. Onu da qeyd edək ki, “Qala Sığorta” Azərbaycan sığortaçıları arasında yüksək imic və maliyyə göstəriciləri ilə yanaşı, müştərilərin məmnuniyyətini qazanmış şirkət kimi də tanınır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 20 saat əvvəl
-
22 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















