Gəmiçilikdə birgə müəssisə - razılığa gəliblər
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Odessa Dəniz Mühəndisliyi Bürosu birgə müəssisənin yaradılması haqqında razılığa gəliblər.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətindən bildirilib ki, Xəzər Dəniz Mühəndisliyi Bürosunun yaradılması haqqında sazişi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və Odessa Dəniz Mühəndisliyi Bürosunun direktoru Gennadi Yeqorov imzalayıblar.
Gəmiçilik və gəmiqayırma sahəsində yüksəkkeyfiyyətli, elmi biliklərə əsaslanan layihələrin hazırlanması ilə tanınan Odessa Dəniz Mühəndisliyi Bürosu həm də kompleks elmi tədqiqatları həyata keçirir. Büronun indiyədək hazırladığı 86 layihə üzrə ümumilikdə 307 müxtəlif təyinatlı gəmi inşa edilib. Bütün layihələr gəmiçilik şirkətləri üçün iqtisadi səmərəlilik, təhlükəsizlik, insan həyatının və ətraf mühitin qorunmasını nəzərdə tutan beynəlxalq konvensiyaların tələblərinə uyğun reallaşdırılıb. Bu layihələr Böyük Britaniya Krallığının Gəmi Mühəndisləri Cəmiyyəti (RİNA), ABŞ-ın Gəmiqayırma və Dəniz Mühəndisləri Cəmiyyəti (SNAME), Dəniz qurğuları və gəmi gövdələrinin layihələndirilməsi üzrə Beynəlxalq Komitə (ISSC 2018) kimi beynəlxalq təşkilatların üzvü, Ukrayna Nəqliyyat Akademiyasının akademiki, texnika elmləri doktoru, professor Gennadi Yeqorovun rəhbərliyi ilə gerçəkləşdirilib.
İmzalanma mərasimində Rauf Vəliyev yeni müəssisənin Azərbaycanda dənizçilik sahəsində müasir mühəndislik mərkəzi olacağını bildirib. Onun sözlərinə görə, belə bir müəssisənin yaradılması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC üçün mühüm addımdır.
Yeni yaradılan Xəzər Dəniz Mühəndislik Bürosu layihə-konstruktor işləri, eyni zamanda, müxtəlif təyinatlı gəmi layihələrinin hazırlanması, gəmilərin və üzən qurğuların təmiri, modernləşdirilməsi və istismarı üçün zəruri texniki sənədlərin işlənməsi, bu sahədə mütəxəssislərin hazırlanması, elmi-tədqiqat işlərinin aparılmasını həyata keçirəcək. Birgə müəssisə proqram təminatı və məlumat bazalarının yaradılmasını da təşkil edəcək.
Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Odessa Dəniz Mühəndisliyi Bürosunun mütəxəssislərinin uzunmüddətli texniki müzakirələri nəticəsində hazırlanan layihələrə əsasən cari ilin oktyabr və noyabr aylarında Bakı Gəmiqayırma Zavoduna 2 unikal Ro/Pax gəmi-bərənin və 2 tankerin tikintisi sifariş olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 26 d. əvvəl
- 40 d. əvvəl
-
-
47 d. əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
1 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Ən çox oxunanlar
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib




























