“Dünya bazarı yeni qiymət rekordunun şahidi ola bilər”
“Dünya neft bazarı yaxın vaxtlarda yeni qiymət rekordunun şahidi ola bilər”.
Bunu “Rosneft”in prezidenti İqor Seçin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda keçirilən paneldə çıxışında bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda bazarda neftin qiyməti yeni rekord vuracaq:
“Bu OPEK+ neft hasilatının azaldılması haqqında qərarı ilə bağlı deyil, birtərəfli sanksiya siyasəti ilə bağlıdır. Sanksiya və ultimatum siyasətinin neft-qaz bazarına tətbiqi qiymətə öz təsirini göstərir. İstisna etmirəm ki, bir müddət sonra, ən yaxın perspektivdə biz neftin yeni rekord qiymətini görəcəyik. Birtərəfli sanksiya siyasətinin həyata keçirilməsi nəticəsində qiymətlərin yeni səviyyəsinə görə yekunda həm amerikalı, həm də avropalı istehlakçılar ödəməli olacaqlar”.
“Rosneft”in rəhbərinin fikrincə, sanksiyalar dünya neft sənayesinin işində gözlənilməzliyə səbəb olur: “Neft ixracatçıları ölkələrinin əməkdaşlığının yeni mərhələyə keçidi artıq yetişib”.
© APA
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 5 saat əvvəl
-
5 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Ən çox oxunanlar
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq

















