Ötən il mənfəəti azaldı, bu il zərərə düşdü
“Xalq Sığorta” ASC 2018-ci ilin 1-ci rübünü 546 min 676 manat xalis zərər ilə başa vurub.“Marja” Şirkətin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, cari ilin yanvar-mart dövründə “Xalq Sığorta”nın cəmi gəlirləri 1 milyon 271 min manat, cəmi xərcləri isə 1 milyon 817 min manat təşkil edib.
İlk rübdə şirkətin toladığı sığorta haqları 1 milyon 524 min manat, sığorta ödənişləri isə 647 min manat təşkil edib.
“Xalq Sığorta” Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etdiyi ilkin məlumatda, ilk rübdə 1 milyon 271 min manat sığorta haqları hesabladığını bildirmişdi. Şirkət ötən ilin ilk rübündə 1 milyon 667 min manat sığorta haqları topladığı məlumatını təqdim etmişdi.
Ötən ilin ilk rübü ilə müqayisədə “Xalq Sığorta”nın topladığı sığorta haqları azaldığından və gəlirin 452 min manatı ehtiyata çevrildiyindən şirkətin zərəri yaranıb.
"Xalq Sığorta" dövlət qiymətli kağızlarına (istiqrazlara) investisiyasını 2 dəfəyə yaxı artırıb. İlin əvvəlində 5 milyon 865 min manat olmuş portfel Mart ayının sonunda 10 milyon 880 min manata qalxıb.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Qeyd edək ki, 2016-cı illə müqayisədə “Xalq Sığorta”nın xalis mənfəəti 3,5 dəfə azalmışdı. 2016-cı ildə 5 milyon 333 min manat xalis mənfəət əldə etmiş şirkət, 2017-ci ili 1 milyon 507 min manat xalis mənfəət ilə başa vurmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















