Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Beynəlxalq Bank Bakı Şopinq Festivalının müvəkkil bankıdır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Beynəlxalq Bank Bakı Şopinq Festivalının müvəkkil bankıdır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Mayın 1-dən Bakıda start götürən Üçüncü Şopinq Festivalında müvəkkil bank kimi Azərbaycan Beynəlxalq Bankı da iştirak edir.

 

Reklam_3_11

Çoxsaylı ticarət və xidmət məkanlarının qatıldığı festival müddətində bankın iki xidmət ofisi həftənin bütün günləri saat 10.00-dan 22.00-a qədər müştərilərin xidmətindədir. Bunlar Azərbaycan Beynəlxalq Bankının Müştəri Xidməti Departamenti (Nizami küçəsi - 67) və Nəsimi filialıdır (28 may küçəsi, 21 A).

 

Qeyd edək ki, bu festivala qatılan əksər ticarət və xidmət məkanlarının əlavə dəyər vergisinin qaytarılması sisteminə qoşulması həm turistlərə, həm də yerli alıcılara çox əlverişli fürsətlər qazandırır. Belə ki, “Baku Shopping Festival – Tax Free” nişanı olan məkanlardan 100 AZN-dən çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların əlavə dəyər vergisinin (ƏDV) müəyyən qismini geri ala bilirlər. Həmin məbləğ nağd və ya bank hesabına/karta köçürmə yolu ilə əldə edilir.

 

Üçüncü Bakı Şopinq Festivalının yaratdığı imkanlardan faydalanan müştərilər “Baku Shopping Festival – Tax Free” nişanlı məkanlarda etdikləri alış-veriş qarşılığında onlardan tutulmuş əlavə dəyər vergisini Azərbaycan Beynəlxalq Bankından rahatlıqla geri ala bilərlər. Bu müddətdə bankın qeyd edilən ofisləri müştərilərə bütün həftə boyu valyuta mübadiləsi xidməti də göstərəcək. Festival mayın 31-dək davam edəcək.

 

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

04.05.2018 12:16

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22

SON XƏBƏRLƏR

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18