Hər kəs Yasamal Yaşayış Kompleksindən mənzil ala bilər - QİYMƏTLƏR

"Kat Holding" tikinti şirkəti Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksində tikdiyi binalardakı mənzillərin bir hissəsini kütləvi satışa çaxarıb.
İlk öncə qeyd edək ki, Yasamal Yaşayış Kompleksi xarici dairəvi avtomobil yolunun kənarında yerləşir. Kompleksin ümumi sahəsi 11,6 hektar təşkil edəcəkdir. Yaradılacaq bu ilk şəhərcik 29 çoxmənzilli yaşayış binasından ibarət olacaqdı. Mənzillərin bir hissəsi MİDA tərəfindən güzəştli şərtlərlə satılacaqdır. Binalardan güzəştli mənzilləri almaq hüququna malik olan şəxslərin siyahısı təsdiq edilib və bir müddə əvvəl güzəştli mənzillər satışa çıarılıb.
“Marja” xəbər verir ki, kompleksdə MİDA-nın şərtləri ilə mənzil tikintisi aparan "Kat Holding" şirkəti də öz mənzillərini satışa çıxarıb. Şirkət tam təmirli mənzilləri faizsiz daxili kredit şərtləri ilə təklif edir. İlkin ödəniş 15%, kredit müddəti isə 36 aydır. "Kat Holding" təmirli mənzilin 1 kv.m-ni 1493 manata təklif edir.
Məsələn, sahəsi 45 kv.m olan 1 otaqlı mənzilin nağd qiyməti 67 185 manatdır. 30% və ya 20.155 manat ilkin ödəniş ödəyib, qalan məbləği hər ay (24 ay) 1 959 manat ödəməklə 1 otaqlı mənzili əldə edə bilərsiniz.
Sahəsi 63 kv.m olan 2 otaqlı mənzilin nəğd qiyməti 94 059 manatdır. 30% və ya 28.218 manat ilkin ödənişi ödəyib, qalan məbləği hər ay (24 ay) 2.743 manat ödəməklə bu mənzili əldə edə bilərsiniz.
Sahəsi 79 kv.m olan 3 otaqlı mənzilin nəğd qiyməti isə 117 947 manatdır. 30% və ya 35 384 manat ödəyib, qalan məbləği hər ay (24 ay) 3440 azn ödəməklə 3 otaqlı mənzili əldə edə bilərsiniz.
Xəbər verdiyimiz kimi, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisi çərçivəsində "Kat Holding" müsabiqə yolu ilə dövlət-özəl tərəfdaşlığına cəlb edilib.
"Kat Holding" 3 yaşayış binasının (iki ədəd 12 mərtəbəli 1 bloklu və bir ədəd 9 mərtəbəli 2 bloklu) tikintisi üzrə investisiya müsabiqəsinn qalibi olub. Müsabiqə şərtlərinə əsasən, "Kat Holding" tərəfindən inşa olunacaq 12 mərtəbəli 60 mənzillik bir bina MİDA-nın sərəncamına veriləcək, həmin binanın yaşayış sahələri “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq. Digər 2 binanın mənzilləri bazar qiymətləri ilə maraqlı olan şəxslərə satılacaq.
"KAT Holding" MMC Azərbaycanda fəaliyyət göstərən "KAT Ltd" kimi 2000-ci ilin noyabr ayından etibarən fəaliyyətə başlayıb. Şirkət Azərbaycanda, eləcə də Gürcüstanda, Ukraynada mülki mühəndislik layihələrini uğurla həyata keçirir. Gələcəkdə dünyanın bir çox ölkələrində yeni layihələr planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
6 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 16 saat əvvəl
-
20 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
22 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
22 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
