Beynəlxalq Bank və “ASAN Radio” birgə layihəsini təqdim etdi
“ASAN xidmət”in dəstəyi, Azərbaycan Beynəlxalq Bankının “ASAN Radio” ilə birgə tərəfdaşlığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100-cü ildönümünə həsr olunmuş media layihəsinə start verilib.
1 may 2018-ci il tarixində keçirilən mətbuat konfransında “100 illik tarix” adlı layihə jurnalistlərə təqdim olunub.
Uzunmüddətli layihə çərçivəsində bankın dəstəyi ilə AXC-nin fəaliyyətinə dair silsilə audio-video materiallar hazırlanacaq. Bu materiallar “ASAN Radio”nun efirində, Azərbaycan Beynəlxalq Bankının və “ASAN xidmət”in müxtəlif sosial şəbəkələrdəki kommunikasiya kanallarında izləyicilərə təqdim olunacaq.
Bu materiallarda AXC-nin 23 aylıq fəaliyyətinin ayrı-ayrı məqamları üzə çıxarılacaq. Layihə müxtəlif arxivlərdə, muzeylərdə qorunan, geniş auditoriyanın isə məlumatsız olduğu bir sıra maraqlı faktlara işıq salacaq. Sənədli materialların, Cümhuriyyət qurumlarının fəaliyyət göstərdiyi tarixi binaların, muzey eksponatlarının və s. bələdçiliyi ilə bu materiallar izləyiciləri 100 il əvvəlki tarixi günlərə səyahətə aparacaq. Materialların hazırlanması prosesində ölkəmizin radio dinləyicilərinə yaxşı tanış olan Rahib Azəri də ekspert kimi iştirak edəcək.
Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentinin direktoru Nigar Tahirova bildirib ki, belə bir layihənin reallaşdırılmasında məqsəd Cümhuriyyət dəyərlərimizin təbliğidir:
“Bu il ölkəmizdə “Cümhuriyyət” ili elan olunub. Azərbaycanın istiqlaliyyətinin 100-cü ildönümü münasibətilə həyata keçirilən silsilə tədbirlərə biz də belə bir layihə ilə öz töhfəmizi vermək istədik. İnanırıq ki, layihə çərçivəsində təqdim olunan audio-video materiallar böyük maraq yaradacaq”.
“ASAN Radio”nun direktoru Emin Musavi deyib:
“Dövlət xidmətləri sahəsində ixtisaslaşmış ilk və yeganə radio - “ASAN Radio”nun fəaliyyətində maarifləndirmə xətti xüsusi yer tutur. Dövlət başçısının sərəncamından irəli gələrək, bu layihə də dinləyicilərimizin Cümhuriyyət tarixi ilə bağlı maariflənməsində, dəyərlərimizin təbliğində mühüm rol oynayacaq”.
Layihənin eksperti Rahib Azəri isə Cümhuriyyət tarixinin zəngin bir mənbə olduğunu söyləyib: “Bu zənginliyə televiziya verilişləri hazırlayarkən özüm dəfələrlə şahid olmuşam. Hansısa bir faktın izi ilə irəlilədikcə, qarşında yeni tarixi həqiqətlər açılır. Bunların hələ çox az bir qismini öyrənə bilmişik. Maraqlı və faydalı bir layihənin alınmasından ötrü bütün imkanlarımızı ortaya qoyacağıq”.
Azərbaycan Beynəlxalq Bankının “ASAN Radio” ilə digər bir müştərək layihəsi də mətbuat konfransında jurnalistlərə təqdim edilib. Bu, 4 may tarixindən etibarən hər cümə saat 19.05-də “ASAN Radio”da efirə gedəcək maarifləndirici proqramdır. Bu proqramda Azərbaycan Beynəlxalq Bankı mütəxəssislərinin iştirakı ilə maarifləndirici müzakirələr aparılacaq. Maliyyə-bank mövzusunda müxtəlif suallar cavablandırılacaq. Cəmiyyətdə maliyyə savadlılığının yüksəlməsinə dəstək veriləcək. Proqramı tanınmış iqtisadçı-jurnalist Əli Əhmədov aparacaq.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
22 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 1 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Qızılın qiyməti barədə iddialı proqnoz: 7 min 100 dollara qədər yüksələ bilər
- 9 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"Qızılın unsiyasının qiyməti 10 000 dollara çata bilər"
Ödəniş kartlarının sayı 23 milyon ədədə yaxınlaşıb, nağdsız ödənişlərin həcmi 10 milyard manatı keçib
Ən çox oxunanlar
Azərbaycanın dövlət borcunun məbləği açıqlanıb
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

























