Tanınmış bank zərərdən mənfəətə keçib
"Bank Respublika" ASC 2018-ci ilin 1-ci rübünü 211 min manat mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, bank 2017-ci ilin ilk rübünü 492 min manat zərər ilə bağlamışdı.
"Marja" Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-mart dövründə "Bank Respublika"nın cəmi gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 12% azalaraq 13 milyon 343 min manata düşüb. Bank 2017-ci ilin yanvar-mart dövründə 15 milyon 178 min manat cəmi gəlir əldə etmişdi.
Müqayisə olunana dövrdə, Bankın faiz gəlirləri 7 milyon 931 min manatdan 8 milyon 334 min manata qalxıb, qeyri-faiz gəlirləri isə 7 milyon 247 min manatdan 5 milyon 9 min manata düşüb.
2018-ci ilin 1-ci rübündə, xərclər çıxıldıqdan sonra "Bank Respublika"nın 549 min manat əməliyyat mənfəəti qalıb. Bu mənfəətin 338 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb. Nəticədə 211 min manat mənfəət qalıb.
31 Mart 2018-ci il tarixində "Bank Respublika" 739 milyon 94 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 248 milyon 27 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib.
31 Mart 2017-ci il tarixində "Bank Respublika" 881 milyon 240 min manat cəmi aktivlərə, o cümlədən 249 milyon 108 min manat müştərilərə verilmiş kreditlərə malik idi.
İlk rübdə Bankın məcmu kapitalı 10 milyon 330 min manat artaraq 48 milyon 29 min manata çatıb.
Xəbər verdiyimiz kimi, "Bank Respublika"nın səhmdarları 2018-ci ilin əvvəlində nizamnamə kapitalını artıraraq 67,5 milyon manata çatdırıb. Mart ayında keçirilmiş Səhmdarlarının Ümumi Yığıncağında da, Bankın cari nizamnamə kapitalının növbəti dəfə də artırılmasına dair qərar qəbul olunub və bu prosesin qısa müddət ərzində həyata keçirilməsi gözlənilir.
"SINAQDAN MÜVƏFFƏQİYYƏTLƏ KEÇDİK"
“Bank Respublika”nın İdarə Heyətinin sədri Asəf Namazov əldə edilən uğurlu nəticələri belə şərh edib:
“2017-ci il maliyyə sektoru və bizim üçün sınaq ili idi. Düşünürəm ki, biz bu sınaqdan müvəfəqiyyətlə keçdik. 2018-ci ilin ilk rübünün nəticələri sübut etdi ki, Bankın seçdiyi və həyata keçirdiyi strategiya doğru idi. Bankın uğurlu nəticələr əldə etməsində ən böyük pay sahibi isə, bizim yorulmadan çalışan gənc və istedadlı kollektivdir. Bank Respublika bundan sonra da müştəri məmnuniyyətini əsas tutaraq yeni, innovativ və faydalı layihələr həyata keçirəcək”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 d. əvvəl
-
12 d. əvvəl
"Belə gedərsə, biz bəlkə də ilin sonuna qədər 1 milyard rəqəminə də çatacağıq"
-
- 43 d. əvvəl
-
1 saat əvvəl
"Sitalçayda acınacaqlı vəziyyət - quşçuluq təsərrüfatları fəaliyyətlərini dayandırmaq üzrədilər"
-
1 saat əvvəl
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
-
1 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Rabitəbank” qanunları pozub, barəsində icrası məcburi sərəncam verilib
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Unibank IV Vergi və Mühasibatlıq Zirvəsinə dəstək verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Invest-AZ” BDU-nun Qazax filialında seminar keçirib
Maydan Bakı–Belqrad–Bakı marşrutu üzrə uçuşlar başlayır - AZAL və “Air Serbia” tərəfdaşlığına başlayıb
Ən çox oxunanlar
Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Azərkosmos-dan 2 ayda 3 milyon dollarlıq ixrac
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
"PAŞA Bank"ın səhmlərini almaq istəyənlərin nəzərinə - 13 Apreldə abunə yazılışı başlayır






















