3 sığorta şirkətinin kapitalı 40 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 20-si bu il yanvarın 1-nə balans kapitalının məbləği barədə məlumat verib ki, bunlardan da 3-də sözügedən göstərici 40 milyon manatdan çoxdur.
Həmin şirkətlər "PAŞA Sığorta" (66,153 milyon manat), "PAŞA Həyat Sığorta" (57,45 milyon manat) və "Xalq Sığorta" (46,22 milyon manat) ASC-lərdir.
Adları çəkilən 6 şirkətin məcmu bakans kapitalı 169,823 milyon manat təşkil edir ki, bu da bazarın 39,8%-i deməkdir. Qalan 17 sığorta şirkətindən 12-nin balans kapitalı 12-30 milyon manat arasında, 5-nin balans kapitalı isə 10 milyon manatdan azdır.
20 şirkətdən 9-u ötən il balans kapitalını artırıb. Ən yüksək müsbət dinamika "İpək Yolu Sığorta" ASC-də (10%), ən aşağı müsbət dinamika isə "Bakı Sığorta" ASC-də (0,3%) qeydə alınıb. Qalan 11 sığorta şirkətinin isə balans kapitalı azalıb. Ən yüksək mənfi dinamika "Atəşgah Həyat Sığorta" ASC-də (15,1%), ən aşağı mənfi dinamika isə "PAŞA Həyat Sığorta" ASC-də (1,1%) baş verib.
***
Ötən ilin sonuna nizamnamə kapitalının məbləği barədə məlumat vermiş 20 sığorta şirkətindən 3-də sözügedən göstərici 40 milyon manatdan çoxdur. Həmin şirkətlər "PAŞA Sığorta" (50 milyon manat), "Xalq Sığorta" (44,71 milyon manat) və "PAŞA Həyat Sığorta" (44,25 milyon manat) ASC-lərdir.
Adları çəkilən 3 şirkətin məcmu nizamnamə kapitalı 134,96 milyon manat təşkil edir ki, bu da bazarın 42,1%-i deməkdir. Qalan 17 sığorta şirkətindən 9-nun nizamnamə kapitalı 10-21 milyon manat arasında, 8-nin nizamnamə kapitalı isə 5-10 milyon manat arasındadır.
20 şirkətdən 2-si 2017-ci ildə nizamnamə kapitalını artırıb. Həmin şirkətlər "A-Qrup Sığorta" (25%) və "Xalq Sığorta" (13,5%) ASC-lərdir. Qalan 18 sığorta şirkətinin isə nizamnamə kapitalı dəyişməyib.
"Naxçıvan Sığorta" ASC balans və nizamnamə kapitalının məbləği barədə məlumat verməyib.
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























